Ermənistanda əsir və itkin hərbçilərlə bağlı biabırçı vəziyyət yaranıb - Video
Tarix: 09-02-2021 15:24 | Bölmə: Slayd
Ermənistanda əsir və itkin hərbçilərlə bağlı biabırçı vəziyyət yaranıb - Video

Ermənistanda itkin düşmüş hərbçilərin ailələrinə qarşı böyük fırıldaq və biabırçılıq baş verib. Müharibədə itkin düşən şəxslərin valideynlərindən guya övladlarının tapılması üçün rüşvət toplanıb. Ermənistan dövlətinin “toruna” düşüb övladlarını işğalçılıq məqsədi ilə Azərbaycan ərazilərinə göndərən valideynlər sonradan aldandıqlarını anlayıblar.

Reyting.az
xəbər verir ki, Ermənistanın xüsusi xidmət orqanı bir neçə gün öncə əməliyyat keçirərək “Bakıda olan erməni əsirini üçüncü ölkəyə, oradan da Ermənistana aparmaq istəyən şəxsi” yaxalayıb.

Məlumata görə, saxlanılan erməni Qarabağ müharibəsi zamanı oğlu itkin düşən hərbçinin valideynlərinin etibarından sui-istifadəyə yol verib.

Adı açıqlanmayan erməni itkin düşən əsgərin valideyninə özünü xüsusi xidmət orqanının rəhbərliyi ilə əlaqəsi olan şəxs kimi təqdim edib. O, hərbçinin atasına bildirib ki, məhz bu əlaqələri sayəsində itkin düşən oğlunun guya Bakının cəzaçəkmə müəssisələrindən birində olduğunu müəyyənləşdirib. Həmin əsgəri Bakıdan üçüncü ölkəyə, oradan isə Ermənistana gətirmək üçün 3 min ABŞ dolları rüşvət verməyin lazım olduğunu söyləyib. Ancaq sonradan həmin şəxs itkin düşən hərbçinin atasında bildirib ki, oğlunun Bakıdan üçüncü ölkəyə aparılması üçün əlavə 1000 ABŞ dolları da ödəməlidir.

Bütün bunların qurama olduğunu anlayan erməni əsgərinin atası fevralın 5-də 1000 dolları həmin şəxsə çatdırıb. Bu zaman Ermənistan xüsusi xidmət orqanının əməliyyat qrupu fırıldaqçını cinayət başında yaxalayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi bəyan edib ki, saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2 və 5-ci bəndləri ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün işi məhkəməyə göndərilib.

Hazırda Ermənistan xüsusi xidmət orqanı cinayətin hallarını və qurbanların əhatə dairəsini müəyyənləşdirməyə çalışır.

Görünən budur ki, itkin düşən və ya əsirlikdə olan erməni əsgərlərinin taleyi Ermənistanda alver predmetinə çevrilib. Onların valideynləri aldadılaraq, pulları əllərindən alınır.





Bölməyə aid digər xəbərlər