ABŞ-ın ən güclü bombardmançı təyyarələri Rusiyaya istiqamətlənir
Tarix: 09-02-2021 15:50 | Bölmə: Slayd
ABŞ-ın ən güclü bombardmançı təyyarələri Rusiyaya istiqamətlənir

Ötən həftə Qara dənizdə Rusiyanın qırıcı təyyarələrinin ABŞ-ın gəmisi üzərindən alçaqdan uçmasından sonra artan gərginliyə Pentaqon ciddi reaksiya verməyə hazırlaşır.

Reyting.az
-ın məlumatına görə, Sakit okean, Qara dəniz, Aralıq və Baltik dənzlərindəki qarşıdurmaların ardınca məlum olub ki, Pentaqon Norveçə “B-1” model bombardmançı təyyarələr göndərir.

CNN kanalı 20 gün əvvəl ABŞ prezidenti kürsüsündə əyləşən C. Baydenin Rusiyaya açıq şəkildə mesaj verdiyini açıqlayıb.

CNN-nin Pentaqon üzrə əməkdaşı Barbara Starr Texasdakı “Dyess” hava bazasından 200 əsgərlə birlikdə havaya qalxacaq “B-1”-lərin Norveçin “Orland” hava bazasına gedəcəyini açıqlayıb. Ehtimal edilir ki, dünyanın ən güclü bombardmançı təyyarələri yaxın iki həftə ərzində Norveç səmalarında görünəcək.



Barbara Starr indiyə qədər qütblərdəki hərbi vəzifələrin daha çox İngiltərə tərəfindən yerinə yetirldiyini xatırladaraq əlavə edib ki, artıq ABŞ mümkün Rusiya təcavüzünə sürətlə cavab vermək üçün hərəkətə gəlib.

ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi Barrett ötən il Donald Tramp vəzifədə olarkən Rusiyanın Şimal qütbünə raket sistemləri və hava vasitələri yerləşdirdiyini qeyd etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər