Əhmədinejaddan Putinə nəsihət: “İstefa ver!”
Tarix: 09-02-2021 18:05 | Bölmə: Slayd
Əhmədinejaddan Putinə nəsihət: “İstefa ver!”

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Reyting.az
“The Times”-a istinadla xəbər verir ki, son onilliklərdə İran və Rusiya arasındakı sıx əlaqələri vurğulayaraq, Əhmədinejad Putini hüdudsuz sayda prezident seçilməməyə çağırıb.

Məktubda deyilir: “Hakimiyyət və sərvət quldur dəstələrinin meydana gəlməsi, fəsad və sui-istifadə hallarının gizlədilməsi, yeni istedadların və fikirlərin boğulması, siyasi və sosial-ictimai canlılığın itirilməsi ilə səlahiyyət müddətinin uzadılması diktaturanın təbii nəticəsidir”.

Mahmud Əhmədinejad məktubunun davamında yazıb: "Hakimiyyət müddətlərini uzatmaqda israr edən hökmdarlar özlərini cəmiyyətin işlərini idarə və inkişaf etdirməkdə müstəsna şəkildə uğurlu hesab edir, problem və müşkülləri ümumən həmişə daxili və xarici düşmənlərin, sui-qəsdçilərin müdaxiləsi ilə əlaqələndirirlər”.




Bölməyə aid digər xəbərlər