Cümşüd Nuriyev: “Üç generalın ordudan kənarlaşdırılması...”
Tarix: 10-02-2021 13:07 | Bölmə: Slayd
Cümşüd Nuriyev: “Üç generalın ordudan kənarlaşdırılması...”

“Müharibədə göstərdiyi fəaliyyətsizliyə görə kimlərsə ordudan təqaüdə göndərilə bilər. Başqa bir səbəb görünmür. Nəzərə almaq lazımdır ki, bunların hərbi biri birlik komandanı, digəri isə qərargah rəisi vəzifəsini icra edib. Müdafiə Nazirliyi bu işləri daha yaxşı bildiyi üçün bir müddət gözlədilər, daha sonra onları işdən kənarlaşdırdılar”.

Bunu Reyting.az-a sabiq deputat, siyasi şərhçi Cümşüd Nuriyev Azərbaycan Ordusunun generallarından Rövşən Əkbərov, Xəqani Cəbrayılov və Nəcməddin Sadıkovun ordudan kənarlaşdırmalarının səbəblərindən danışarkən deyib.

Onun fikrincə, N. Sadıkov yaş həddinə görə ordunu tərk etməli idi: “Amma digər iki generalın yaşı elədə çox deyildi. Deməli, burada başqa səbəblər də ola bilər. Hərbi məsələlər konfidensialdır və açıq olmur. Bu səbəbdən onların ordu sıralarından kənarlaşdırılmasına konkret rəy verə bilmirəm. Üstəlik, bunların heç birini şəxsən tanımıram. Ancaq bu addımı təsadüfi adlandırmaq doğru olmazdı”.

Bu şəxslərin başqa ölkələrlə əlaqəsi ola bilərdimi,- sualına cavabında C. Nuriyev deyib ki, hər şey ola bilər: “Azərbaycanın müstəqilliyinin 30 yaşı bu il olacaq. Bu şəxslərin hamısının yaşı əllinin üstündədir. Ona görə də, bu və ya digər yerlə bağlılıqlarını istisna etmirəm. Nəzərə almaq lazımdır ki, bizdə xüsusi idarə, bu işlərə nəzarət edən dövlət qurumları var. Deməli, nəsə olub ki, məsələ bu formada həll edilib. Bu şəxslərin ordudan kənarlaşdırılması ümumi şəkildə deyildi. Həm də ordudan kənarlaşdırılan təkcə bu üç general deyil. Başqa generallar da kənarlaşdırılıb. Onların elan edilib-edilmədiyini bilmirəm. Bəlkə də elan ediblər. Məsələn, mətbuatda belə məlumat getdi ki, Nəcməddin Sadıkovun general olan bacısı oğlu da işdən kənarlaşdırılıb”.




Bölməyə aid digər xəbərlər