Qarabağa köçməsindən peşman olan livanlı erməni ailəsi – Gecikmiş ayılma
Tarix: 10-02-2021 17:48 | Bölmə: Slayd
Qarabağa köçməsindən peşman olan livanlı erməni ailəsi – Gecikmiş ayılma

Rəsmi İrəvanın müxtəlif ölkələrdə yaşayan erməni mənşəli vətəndaşları müharibədən əvvəl Dağlıq Qarabağa köçürməsinə dair bir hekayətdən daha biri ilə tanış olun.

Reyting.az
“Middle East Eye”-yə istinadla xəbər verir ki, 49 yaşlı Maral Nacaryan “daha yaxşı bir gələcək və maliyyə sabitliyi tapmaq ümidi ilə” ötən ilin avqust ayında Ermənistana köçüb. Ancaq İrəvana gəldikdə, Ermənistan hakimiyyəti onu Dağlıq Qarabağ bölgəsində məskunlaşmağa təşviq edib və o, buna razılıq verib.

Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşkəs razılaşması imzalandıqdan sonra Maral Nacaryan və ailə dostu Viken Eulcekyan Dağlıq Qarabağda “itkin düşüblər”.

3 ay sonra həm Beyrutda, həm də Yerevanda yaşayan qardaşları indi bacılarını axtarır.

Beyrutdan Dağlıq Qarabağa yollanana qədər Maral Nacaryan 3 il əvvəl dul qalıb. Uzun müddət ailəsi və 7 qardaşından bir qisminin Ermənistana köçmək planları olub. 2020-ci il avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra başlayan iqtisadi tənəzzül onlara başqa çıxış yolu saxlamayıb.



Hazırda Ermənistanın paytaxtı İrəvanda olan bacısı Ani Nacaryan ölkənin böyüyən iqtisadi böhranı ucbatından hələ partlayışdan çox əvvəl Livanı tərk etmək planları olduğunu bildirib. “Təhlükəsizlik istəyirdik. 30 ildir müharibə şəraitində yaşayırdıq. Vətənimizə qayıdacağımızı düşünürdük".

Liman partlayışından ən çox təsirlənən məhəllələr arasında Livanın 150.000 nəfərlik etnik erməni icmasının çoxunun yaşadığı Mar Mixael və yarısənaye rayonu Karantina da var.

Maral və Ani Nacaryan bacıları avqustun 25-də Ermənistana yola düşüblər. Ermənistana gəldikdən bir neçə həftə sonra bacılar Ermənistan vətəndaşlığı almaq istəyiblər. Bu zaman Dağlıq Qarabağda etnik ermənilər üçün köçürülmə proqramı ilə tanış olublar.

Ermənistan hökuməti son illərdə vətəndaşları mənşə ölkələrinə qayıtmağa və yerləşməyə təşviq edib. Avqustun sonlarında hökumətin yüksək diaspor işləri komissarı Livandan mühacirət edənlər üçün "sosial, iqtisadi, təhsil və səhiyyə paketi hazırladıq”larını söyləyib.

Beyrut partlayışından 1 ay sonra mindən çox Livan ermənisinin Ermənistana köçdüyü bildirilir.

Dağlıq Qarabağda illər əvvəl Suriya münaqişəsindən qaçan ermənilər üçün keçmiş təşəbbüslərə bənzər Livan ermənilərinin oraya köçürülməsini dəstəkləmək üçün təxminən 85 milyon dollar ayırılıb.

Bacılar bölgədə 44 günlük müharibənin baş verə biləcəyini gözləməyiblər. Sentyabrın ortalarında Qarabağa yollanıb və 10 gün sonra müharibə başlayıb.



Nacaryan cütlüyü müvəqqəti olaraq Laçın rayonundakı bir oteldə qalıb, lakin sonda Ermənistana qayıtmaq qərarına gəliblər. Ani Nacaryan deyir: "Yalnız bir neçə şey olan kiçik bir çanta ilə İrəvana qayıtdıq".

Bir həftə ərzində Azərbaycan qüvvələrinə qarşı döyüşməyə könüllü gələn livanlı erməni Eucelkyanın müşayiəti ilə Maral Nacaryan ailənin qalan əşyalarını toplamaq üçün həmin gün Laçındakı otelə qayıdıb. “O vaxtdan onlardan xəbər yoxdur”.

Hekayətin bundan sonrakı hissəsində erməni qadın ənənəvi şəkildə Azərbaycana böhtan atmaqdan çəkinmir. Halbuki məqalədə dekabrın 2-də Nacaryanla birlikdə “itkin düşən” Eucelkyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən terrorizm, sərhəddən qanunsuz keçmə, qanunsuz silahlı qruplaşmanın üzvü olmaqda və s. təqsirli bilinir. Sonuncu şəxs etiraflarında müharibədə livanlı muzdlu olaraq 2500 dollar qarşılığında iştirak etdiyini bildirib.

İndi həmişəki tərzdə, əzabkeş xalqın nümayəndəsi donuna girmiş acaryan ailəsi və onların havadarları müxtəlif beynəlxalq qurumlara müraciət hədəsi ilə rəsmi Bakını təhdid edir. Bu cür vəkillərə müraciət çox gecdir, erməni təəssübkeşliyi o zaman haqlı olardı ki, Qarabağda məskunlaşmanın, Azərbaycan Ordusuna qarşı döyüşmənin qanuni olmadığı Nacaryan ailəsinin timsalında onlara bildiriləydi...




Bölməyə aid digər xəbərlər