Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - Sərəncam
Tarix: 12-02-2021 15:40 | Bölmə: Slayd
Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:

- Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

 - Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.




Bölməyə aid digər xəbərlər