Yeni nüvə təhdidi: ölkələrdən biri anlaşmanı dayandırmaq istəyir
Tarix: 15-02-2021 15:50 | Bölmə: Slayd
Yeni nüvə təhdidi: ölkələrdən biri anlaşmanı dayandırmaq istəyir

İran nüvə təhdidi ilə gündəmə gəlib.

Reyting.az
xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə nüvə razılaşmasının tərəfləri olan ölkələrin öhdəlikləri yerinə yetirməmələri və razılaşmaya dönməyəcəkləri təqdirdə Tehran Nüvə Silahlarının Yayılmasına Qarşı Müqavilənin (NRT) əlavə protokollarının tətbiqini dayandıracaq.

Səid Hatipzadə bildirib ki, nüvə razılaşmasında iştirak edən dövlətlər müqavilədəki öhdəliklərini yerinə yetirməsələr Tehran NPT müqaviləsi çərçivəsində tətbiq etdiyi əlavə protokolu tərk edəcək.

Bu qərarın Nüvə Silahlarının Yayılmasına Qarşı Müqavilədən çıxmaq olmadığını diqqətə çatdıran Hatipzadə deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirəcək.

İran rəsmisi əlavə edib ki, Tehranın nüvə fəaliyyəti mövzusunda fikri dəyişməyib:

“Biz hələ də Nüvə Silahının Yayılmasına Qarşı Müqavilənin üzvüyük və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edəcəyik. Sözsüz ki, agentlik üzv ölkələrə aid məlumatların saxlanılması və qorunmasına məsuldur”.




Bölməyə aid digər xəbərlər