Türkiyəyə düşmən ölkə İsrail dronlarına güvənir
Tarix: 15-02-2021 17:36 | Bölmə: Slayd
Türkiyəyə düşmən ölkə İsrail dronlarına güvənir

İsrail və Yunanıstan arasında 1,68 milyard dollarlıq müdafiə anlaşmasının detalları ortaya çıxıb. 20 illik müddəti əhatə edəcəyi iddia olunan bu əməkdaşlığın hansı nəticələrə gətirib çıxaracağını indi söyləmək doğru olmazdı.

Reyting.az
xəbər verir ki, yunan mediasının iddiasına görə, Türkiyə Pilotsuz Uçuş Aparatlarının (PUA) uğurlarını görən rəsmi Afina İsraildən iki ədəd UAV-Heron dronu istəyib.

Bəllidir ki, Afina Şərqi Aralıq dənizində Türkiyə ilə yaratdığı gərgin münasibətlər səbəbindən İsrail dronu - Herona ehtiyac duyur.

İddiaya görə, iki ölkə arasında müdafiə əməkdaşlığı razılaşması çərçivəsində Afina hökuməti qısa müddətdə Hava Qüvvələrinin arsenalına iki ədəd Heron markalı dronlar qatmaq arzusundadır.



Yunan mediası Afinanın Azərbaycan və Suriyada böyük uğurlara imza atan “Bayraqdar” və digər türk istehsalı olan dronlara qarşı İsrailin Heron dronlarına ümid bəsləyir.

Yunanıstanın İsraillə imzaladığı müdafiə əməkdaşlığı anlaşması çərçivəsində 3 ay sonra Jeron dronlarının Egriboz yarımadasının şərqindəki İskiri adasındakı 135-ci hava bazasına gələcəyini iddia edən Yunanıstan mediası yazır ki, bu dronları idarə etmək üçün yunan hərbçilər Tel-Əvivd xüsusi kurslara cəlb ediliblər.

İsrail və Yunanıstan arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq anlaşması çərçivəsində 2 ədəd Heron model dronlarının üç il müddətinə satın almaq şərti ilə 30 milyon avroya icarə veriləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər