Azərbaycan Ordusunda vaksinasiyaya start verilib
Tarix: 16-02-2021 11:07 | Bölmə: Slayd
Azərbaycan Ordusunda vaksinasiyaya start verilib

Bu gündən Azərbaycan Ordusunda COVİD-19 əleyhinə vaksinasiya prosesinə start verilib.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və digər hərbi hissələr bu məqsədlə ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Xəstəliyin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriyalar təşkil edilib. Laboratoriyalarda xaricdə təhsil alıb treninqlər keçmiş tibb işçiləri fəaliyyət göstərir.

İlk olaraq risk qrupuna daxil olan şəxslərin vaksinasiya ediləcəyi bildirilir.

Azərbaycan Silahlı Qüvvələrinin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov APA-ya deyib ki, Nazirlər Kabinetinin “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hərbçilərin peyvənd olunması üçün Müdafiə Nazirliyi tərəfindən sərəncam imzalanıb.

“Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə isə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib”, - deyə S. Məmmədov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Ordusunda vaksinasiya prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabinetinin göstəriş və qərarlarına uyğun olaraq aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər