10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi... - Hüquqşünas şərh edir
Tarix: 16-02-2021 14:32 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi... - Hüquqşünas şərh edir

“Sülh müqaviləsi ilə bütün anlaşılmazlıqlar həll olunur. Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi imzalansaydı çox yaxşı olardı. Belə bir müqavilə imzalanarsa, bilərik ki, Ermənistandan bizə təhlükə yoxdur. Sülh müqaviləsi olmasa, təhlükə hər zaman var. Sadəcə, bu gün sülh müqaviləsinin imzalanması mümkün deyil”.

Bunu Reyting.az-a hüquqşünas Fərhad Mehdiyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı suala cavabında deyib.

F. Mehdiyev hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının hansı səbəbdən mümkün olmadığına da aydınlıq gətirib:

“Hazırda Dağlıq Qarabağın taleyi ilə bağlı tərəflərin razılığı yoxdur. Ermənilərin baxışı ilə bizim baxışımız fərqlidir. Odur ki, indi həll yolu mərhələli gedilir. Kommunikasiyalar açılır, digər işlər görülür.

Həmçinin Dağlıq Qarabağın taleyi, statusunun olub-olmayacağı məsələsi var. Təbii ki, Azərbaycan haqlı olaraq ora status vermək məsələsinin gündəmdə olmadığını bildirir. Erməni tərəfi də başqa cür düşünür”.


F. Mehdiyev

F. Mehdiyev əlavə edib ki, Dağlıq Qarabağın gələcəyinə dair uzlaşma olarsa, bu, məsələnin birdəfəlik həlli ilə nəticələnər: “Hər halda mediada xəbər yayıldı ki, rus sülhməramlılarla görüş olub və orada Araik Arutyunyan da (Dağlıq Qarabağdakı separatçıların liderin nəzərdə tutur-red.) iştirak edib. Əgər belə bir görüş keçirilibsə, bu, çox lazımlıdır. Hesab edirəm ki, belə görüşlər vaxtaşırı baş tutmalıdır. Niyə? Düşməni məhv etdikdən sonra ara-sıra onunla danışıqlar aparırsan. Burada müəyyən danışıqlar ola bilər. Sonda qəti razılıq olduqdan sonra məsələ həll edilmiş sayılır”.

Mehdiyev regionda kommunikasiyaların açılacağını, Ermənistandakı şovinist qüvvələrin buna maneə törətməsinin mümkünsüz olacağını qeyd edib:

“Kommuniksiyaların açılması ən çox Azərbaycan və Ermənistanın xeyrinədir. Yəni burada bir sıra aktyorların marağı var. Qərb dövlətləri də bunda maraqlıdır. Əslində Ermənistanın revanşist qüvvələri Serj Sarksiyanın vaxtında kommunikasiyaların açılmasını istəyiblər. Sadəcə, o zaman onlar qalib durumda idilər və onlara bu sərf edirdi. İndi isə əziliblər, incikdirlər və bu səbəbdən ara-sıra etirazları eşidilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}