16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ Türkiyənin qarşısından çəkilmək məcburiyyətində qalacaq
Tarix: 17-02-2021 13:00 | Bölmə: Slayd
ABŞ Türkiyənin qarşısından çəkilmək məcburiyyətində qalacaq

“ABŞ-ın Yaxın Şərq siyasəti bəyəniləsi deyil. Onlar bu regionda rəngli inqilablar həyata keçirdi. Nəticədə ərəb coğrafiyası bir-birinə dəydi, bir neçə ölkə parçalandı, vətəndaş müharibəsi oldu. Liviya milli dövləti dağıdıldı. Əslində Qəddafi öz xalqı üçün çox şeylər etmişdi. Misir də böyük və güclü dövlət idi, onu zəiflətdilər”.

Bunu Reyting.az-a siyasi şərhçi Rüstəm Məmmədov ABŞ-Türkiyə münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni də zəiflətmək idi. Amma Türkiyəyə münasibətdə bunu bacarmayıblar. Çünki Türkiyə güclü dövlətdir, NATO ölkəsidir, böyük millətdir və öz təhlükəsizliyini müdafiə etmək qüdrətinə malikdir.


R. Məmmədov

R. Məmmədovun fikrincə, bir müddətdən sonra ABŞ Türkiyə qarşısında geri çəkiləcək və bu ölkə ilə bacarmayacağını qəbul edəcək: “Hazırda münasibətlər gərgindir. Son xəbərlərə görə, ABŞ tərəfi yenidən Suriyada Türkiyəyə qarşı olan terrorçu təşkilata - YPG/SDG-yə silah verir. Əlbəttə, bu silahların Türkiyəyə qarşı istifadə ehtimalları var. Aydındır ki, Türkiyəni qarışdırmaq istəyirlər, amma buna nail ola bilməyəcəklər”.

R. Məmmədov əlavə edib ki, Türkiyə prezidenti Ərdoğan böyük siyasi liderdir: “Deyərdim ki, o, Mustafa Kamal Atatürkdən sonra Türkiyə tarixində ən əhəmiyyətli dövlət başçısıdır. Ərdoğan öz siyasətini Türkiyənin bütövlüyü üzərində qurub. Ona görə də, türk xalqı yenilməzdir. Bəzi ölkələr PKK və ya YPG-yə silah ötürə-ötürə heç nəyə nail olmayacaqlar. Ərdoğan faktiki olaraq Rusiya kimi nəhəng dövləti neytrallaşdıraraq özünə dost edə bildi. Bu dəqiqə də normal münasibətlər var”.

Siyasi şərhçi sonda qeyd edib ki, heç kim Türkiyənin maraqlarına qarşı gedə bilməz: “ABŞ da zamanla anlayacaq ki, Türkiyənin maraqlarına qarşı getməklə heç nəyə nail olmaq mümkün deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}