16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağdakı separatçıların başçısı sabiq prezidentlərlə görüşdən imtina edib
Tarix: 17-02-2021 14:48 | Bölmə: Slayd
Qarabağdakı separatçıların başçısı sabiq prezidentlərlə görüşdən imtina edib

“Həm keçmiş, həm də hazırkı hakimiyyət orqanlarının Dağlıq Qarabağla bağlı açıqlamaları müstəqil komissiya tərəfindən yoxlanılmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu “Parlaq Ermənistan” Partiyasının və parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan bəyan edib.

E. Marukyanın fikrincə, danışıqlar prosesi, Qarabağdakı döyüş əməliyyatlarından əvvəl və döyüş zamanı ordunun vəziyyəti və komandanlıqla əlaqəli bütün aspektlər diqqətlə öyrənilməlidir.

“Komissiya həm hökumət, həm də müxalifətin bərabər iştirakı ilə paritet əsasda təşkil edilməlidir. Yalnız bu halda, əldə edilən nəticə qərəzsiz olacaq və daha çox etimad yaradacaq”, - Marukyan bildirib.



E. Marukyan 1-2 mart 2008-ci il hadisələrini və 2016-cı ilin aprel gərginləşməsini öyrənmək üçün parlament komissiyalarına inamsızlıqla yanaşıldığını deyib. O, buna səbəb kimi komissiyaların mövcud hakimiyyətin nümayəndələri tərəfindən idarə olunduğunu göstərib.

Deputat, eyni zamanda 2 oktyabrda Qarabağda olduğunu, burada təcrübəli generalların komandanlığa və hətta hərbi əməliyyatlarla bağlı müzakirələrə qatılmasına icazə verilmədiyini təsdiqləyib.

Sonda Marukyan əlavə edib ki, Ermənistanın keçmiş prezidentlərinin Xankəndi şəhərində Araik Arutyunyanla (Dağlıq Qarabağdakı separatçıların başçısını nəzərdə tutur-red.) görüşünü təklif etsə də, Arutyunyan görüşdən imtina edib: “Bunu niyə etdiyini anlamaq lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}