16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Politoloq: “Bayden Putin hakimiyyətinin zəifləyəcəyi dövrü gözləyir”
Tarix: 17-02-2021 16:27 | Bölmə: Slayd
Politoloq: “Bayden Putin hakimiyyətinin zəifləyəcəyi dövrü gözləyir”

“ABŞ-ın yeni prezidenti Bayden Rusiya ilə bağlı çox böyük vədlər verirdi. Amma indiyə qədər “Şimal axını-2” layihəsini dayandırmağa müvəffəq olmayıb”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Amerika-Rusiya münasibətlərini şərh edərkən deyib.

Professor xatırladıb ki, Navalnının həbsindən sonra Rusiyadakı ayaqlanma ilə bağlı da prezident Bayden təkidli bəyanatlar versə də, bunun bir nəticəsi olmayıb.

Q. Hüseynlinin fikrincə, Rusiya sanki Amerikanı “dişinə vurmuş” kimi görür və onun hərəkətlərinin keçici olduğunu, bunun psixoloji həddən uzağa getməyəcəyini düşünür.

Politoloq hesab edir ki, Amerikanın Rusiya ilə bağlı öz planları var: “Amerika Rusiyanın mərkəzi hakimiyyətindəki iki-üç tirəliyin daha da dərinləşməsi və Putinin hakimiyyətinin zəifləyəcəyi dövrü gözləyir. Məhz bu dövrdə Rusiyaya qarşı həlledici addımlar atıla bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}