Nikol Paşinyana sui-qəsd təhlükəsi yaranıb
Tarix: 19-02-2021 13:44 | Bölmə: Slayd
Nikol Paşinyana sui-qəsd təhlükəsi yaranıb

“Sabah Yerevanda keçiriləcək etiraz aksiyası zamanı dövlət çevrilişinə gedilməsi çətin olardı. Aksiyanı “Vətənin Xilası” Hərəkatı keçirsə və onun əsas namizədi Vazgen Manukyan olsa da, indi orada əsas sima Köçəryandır. Ancaq hesab edirəm ki, Moskvadan razılıq gəlməyib. Sadəcə, erməni müxalifəti prosesə başlayır. Amma bir gün ərzində nəsə uğur əldə etmək çətin məsələdir”.
[/b]
Bunu professor Əli Abbasov Reyting.az-a sabah Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək mitinqdən danışarkən deyib.

Əli Abbasov hesab edir ki, indi daha çox təhlükə Nikol Paşinyana sui-qəsd, onu öldürmək niyyətinin ola bilməsidir: “Robert Köçəryana insan demək olmaz. Onun əlindən belə şeylər gəlir.


[b]Ə. Abbasov

Mümkündür ki, sabah erməni müxalifəti meydana adamlar çıxarsın, amma bunun 100 minlərlə insan olacağını gözləməyə dəyməz. Sabah müxalifət sadəcə fəaliyyətə start verir. Amma unutmayaq ki, orada hər şey Moskvanın qərarından asılıdır. Əgər Moskva müxalifətə stavka etsə, hansısa hadisə baş verə bilər. İndi Moskva hansı tərəfdə durursa, həmin tərəf əsas gücdür”.

Erməni xalqının Nikol Paşinyanı dəyişdirmək fikrində olmadığını bildirən Əli Abbasov deyir ki, əksər ermənilər başa düşür ki, hansısa dəyişiklik indikindən də pis vəziyyətin yaranmasına gətirib çıxara bilər: “Üstəlik, təzə gələnlər də nəsə etməlidir axı. Rusiya noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanı dəstəkləyir. Amma yeni qüvvə hakimiyyətə gəlsə, buna qarçşı çıxa bilər. Ən azı belə ehtimal var. Məsələn, Manukyan deyirdi ki, bu razılaşmaya qarşıdır, orada nəyisə dəyişmək lazımdır və s. Elə buna görə də sıradan çıxdı. Əvəzinə Köçəryan ortaya çıxdı. Bəlkə də müxalifət situasiyanı dəyişib baxıb görmək istəyir ki, nə olacaq, Azərbaycan hansı aqddımları ata bilər və s. Bəli, erməni cəmiyyətində və dövlətində qeyri-stabillik var. Mümkündür ki, hansısa proses bütün prosesləri aradan çıxarsın. Amma çoxluq bundan ehtiyat edir. Çünki bilmir ki, sabah necə olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}