23:13 / 19-06-2025
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
20:03 / 19-06-2025
Azərbaycanın U-16 millisi Moldovaya qalib gəlib
19:28 / 19-06-2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub - (Yenilənib) - Video
18:32 / 19-06-2025
İran kaset bombasından istifadə edib
18:24 / 19-06-2025
Ukrayna prezidentini Brüsselə çağırıblar
18:16 / 19-06-2025
Sabunçu rayonuna prokuror təyin olunub
18:08 / 19-06-2025
Generalın oğlu vəzifədən çıxarılıb - Foto
17:55 / 19-06-2025
Azərbaycandan 17 ölkəyə neft ixrac olunub - Siyahı
17:41 / 19-06-2025
Nəcməddin Sadıkov məhkəməyə çağırılıb
17:13 / 19-06-2025
Putin Çin lideri ilə İsrail-İran müharibəsini müzakirə edib
16:59 / 19-06-2025
Ərdoğan: "Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”
16:55 / 19-06-2025
İran ABŞ bazalarını vurmağa hazırlaşır
16:47 / 19-06-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
16:37 / 19-06-2025
Əli Əsədov BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
16:29 / 19-06-2025
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
16:11 / 19-06-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
16:02 / 19-06-2025
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
15:29 / 19-06-2025
ŞƏT-in sammiti Çində keçiriləcək
15:11 / 19-06-2025
Milyarderin 100 milyon dollarlıq təklifi cavabsız qalıb
14:50 / 19-06-2025
BQXK rəsmiləri erməniəsilli şəxslərə yenidən baş çəkiblər
14:36 / 19-06-2025
İrana 13 tonluq superbomba ata bilərlər
14:31 / 19-06-2025
Erməni general prokurorun suallarını cavablandırıb
14:28 / 19-06-2025
100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar
14:27 / 19-06-2025
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
14:16 / 19-06-2025
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
13:36 / 19-06-2025
NATO-da böyük dəyişiklik olacaq
13:10 / 19-06-2025
Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət edib
12:50 / 19-06-2025
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
12:38 / 19-06-2025
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
12:35 / 19-06-2025
Sabahın hava proqnozu açıqlanıb
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

Moskvada Xocalı qurbanları yad edilib - Fotolar
Tarix: 25-02-2021 11:07 | Bölmə: Slayd

Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) “Alef” Yəhudi Gənclər Təşkilatı ilə birlikdə Xocalı və Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirib.
Reyting.az xəbər verir ki, “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda keçirilən konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının bu gün Xocalı soyqırımını qalib xalq kimi qeyd etdiyini bildirib: “Güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında, cəsur ordusu sayəsində Azərbaycan çoxdan gözlənilən qələbəni qazandı”.
Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışan səfir qeyd edib ki, Xocalı soyqırımı Birinci Qarabağ müharibəsi dövründə ən miqyaslı və qanlı faciə olub: “Lakin təəssüflər olsun ki, bu, Birinci Qarabağ müharibəsi dövründə tək faciəvi səhifə deyil. Təəssüflər olsun ki, son zamanlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin guya Sumqayıt hadisələrindən başlandığı bildirilir. Xatırlatmaq istəyirəm ki, ilk qan Sumqayıtda tökülməyib. Daha əvvəl, 1988-ci ilin fevralın 22-də Əsgəran rayonunda iki azərbaycanlı gənc ermənilər tərəfindən öldürülüb. Bu hadisə Azərbaycanda böyük rezonans doğurub. Ermənistandan çoxsaylı azərbaycanlı əhalinin sıxışdırılması getdikcə artıb - azərbaycanlı məktəblər bağlanılıb, azərbaycanlıların kütləvi şəkildən işdən qovulub, onlara qarşı küçə və ictimai yerlərdə təhdidlər səsləndirilib. Daha əvvəl isə, 1983-cü ilin 24 aprel tarixində erməni ekstremistləri, “Soyqırımı günü” adlandırdıqları tarixdə Zəngibasarda Qafarovlar ailəsinə toy vaxtı hücum edərək, 4 nəfəri öldürüblər, onlarla azərbaycanlını yaralayıblar. Çoxsaylı şikayətlərə baxmayaraq, yerli milis və administrasiya heç bir tədbir görməyib. Hətta İttifaq orqanlarına müraciət olunandan sonra belə bu insidentlə bağlı cinayət işi başlanmayıb. Artıq 1986-cı ildə demək olar Ermənistanın Qafan rayonunun əhalisinin yarısı qovulmuşdu. 1987-ci ilin oktyabrında isə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmasından sonra azərbaycanlıların kütləvi şəkildə bütün Ermənistan ərazisindən qovulmasına başlanıldı. Həmin vaxt İrəvanda keçirilən antiAzərbaycan mitinqlərində “Ermənistan türklərdən təmizlənməlidir” çağırışları səslənirdi. 1988-ci ilin 27 noyabrında Ermənistanın Quqark rayonunda dəhşətli hadisə baş verir. Erməni terrorçuları Vartanlı kəndinə hücum edir. Orada 13 azərbaycanlı diri-diri yandırılır. Ümumilikdə 70-dən çox insan qəddarcasına qətlə yetirilir.
Azərbaycanlılara qarşı vəhşilik Gümrü şəhərində də baş verib. Amasiya rayonunun 21 min nəfərlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi. Etnik təmizləmə nəticəsində həmin insanlar öz ata-baba yurdlarından qovuldular. Ən təəccüblüsü isə Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin özünü heç nə baş verməmiş kimi aparması idi. Azərbaycanlıların mərkəzə göndərdiyi bütün şikayətlər ya cavabsız qalırdı, ya da onlara formal reaksiya verilirdi.
1988-ci ilin yanvarında Ermənistandan on minlərlə azərbaycanlı qaçqın Bakıya gəlməyə başladı. Ümumilikdə, təkcə Ermənistandan qovulan azərbaycanlıların sayı 200 mini keçirdi. Azərbaycanlıların Ermənistan qovulması erməni separatçılarının böyük planlarının hələ başlanğıcı idi. İkinci mərhələdə azərbaycanlılara qarşı Dağlıq Qarabağda, daha sonra isə yeddi rayonda etnik təmizlənməyə başlanıldı.
17 fevral 1992-ci ildə Qaradağlı kəndində 68 sakin vəhşicəsinə öldürüldü, 49 nəfər əsir götürüldü, bəzilərindən isə indiyə kimi hələ də xəbər yoxdur.
Kəlbəcər rayonunun Ağdaban kəndində 1992-ci ilin aprelində 99 nəfər öldürülüb, 140 nəfər isə yaralanıb. Və nəhayət 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ən qəddar qırğınlar törədilib”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında Xocalı faciəsini Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri adlandırıb: “Həlak olanların ağrısı 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yaradılmasına təkan verdi. Bu kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təşkil olundu. Tələbələr, gənclər, cəmiyyətin ən aktiv hissəsi hərəkatın fəalları oldular. Azərbaycanlı gənc nəsil dünyadakı həmyaşıdlarına Xocalı ilə bağlı həqiqətləri çatdıraraq səy göstərir ki, belə bir faciə heç vaxt heç yerdə təkrarlanmasın. İnanırıq ki, onlar bu hədəfə çatmağa qadirdir”.
T. Əhmədova Xocalı qurbanlarının xatirəsinin 29-cu ildönümünün xüsusi olduğunu vurğulayıb: “Cəsur Azərbaycan Ordusu əzəli torpaqlarımızı geri qaytarıb, Qarabağa azadlıq bəxş edib”.
Daha sonra çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitunun baş direktoru, tanınmış politoloq Sergey Markov Xocalı soyqırımını törədənlərin mütləq cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirib: “Şübhəsiz ki, Xocalı faciəsi insanlığa qarşı ən vəhşi hərbi cinayətdir, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Bu cinayət axıra qədər araşdırılmayıb. İndiyə kimi bu cinayətin günahkarları məsuliyyətə cəlb olunmayıb. Xocalını törədənlər indiyə kimi Ermənistanda hakimiyyət strukturlarında hansısa mövqeyə malikdirlər. Biz bütün dünya ictimaiyyətinin diqqətli ona cəlb etməliyik ki, Xocalıdakı qanlı qətliamın günahkarları cəzalarını alsınlar”.
Rusiyalı siyasi ekspert Ermənistan-Azərbaycan münaqişəsinin ermənilər tərəfindən başladıldığını, ilk olaraq azərbaycanlıların Ermənistanda, daha sonra isə Dağlıq Qarabağ və ona bitişik rayonlarda etnik təmizlənməyə məruz qaldığını xüsusi vurğulayıb.
“ALEF” Yəhudi Gənclər Hərəkatının rəhbəri Abram İxiilov çıxışında bugünkü tədbirin Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilməsinin vacibliyini qeyd edib: “Biz ilk dəfə olaraq Holokost və Xocalı soyqırımlarını bir tarixi məzmunda təqdim edirik. Xocalı XX əsrin sonunda törədilmiş ən qəddar faciədir. Gənc nəsil əlindən gələni etməlidir ki, bu cür faciələr tarixdə bir də təkrarlanmasın”.
Tədbirdə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev və Xocalı faciəsinin şahidi Valeh Hüseynovun video müraciətləri nümayiş etdirilib.
“Xocalı soyqırımı: XX əsrin faciəsi”, “Holokost: yaddaş və xəbərdarlıq”, “Gənclərin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik ruhunun və millətlərarası ünsiyyət mədəniyyətinin tərbiyəsi istiqamətində iş” və s. mövzularda məruzələr dinlənilib.
Tədbirə Azərbaycan, Rusiya, İsrail, Almaniyadan olan tanınmış siyasi və ictimai xadimlər “Zoom” platforması vasitəsilə qoşulublar.(APA)

Bölməyə aid digər xəbərlər

Bu gün, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Bu gün, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir