Ermənistan ordusundan növbəti bəyanat: Paşinyan istefa verməlidir
Tarix: 25-02-2021 15:32 | Bölmə: Slayd
Ermənistan ordusundan növbəti bəyanat: Paşinyan istefa verməlidir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanla bağlı yeni açıqlama yayıb.

Reyting.az
Ermənistan KİV-nə istinadla xəbər verir ki, hərbi komandanlıq hökumətin istefası barədə tələbini bir daha təsdiqləyib.

“İstefa general və zabit heyətinin ümumi tələbidir. Bir daha öz mövqeyimizi təsdiqləyirik”.

Baş Qərargah Paşinyanın istefası ilə bağlı tələbin xarici qüvvələrin təsiri altında atılması iddiasını da rədd edib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bir qədər əvvəl də Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən açıqlama ilə çıxış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}