Brayza: “Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirmək hüququ var”
Tarix: 04-03-2021 12:42 | Bölmə: Slayd
Brayza: “Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirmək hüququ var”

“Ermənistan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin təmin edilməsinə, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməlidir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza “REAL TV”-yə müsahibəsində deyib. Sabiq səfir bildirib ki, 10 noyabrda imzalanan bəyanata əsasən atəşkəs elan olunub və bu razılaşmadan sonra Hadrut qəsəbəsində erməni həbrçiləri aşkarlanıb.

Onun sözlərinə görə, ərazidə qalmış silahlı dəstələr və ya Ermənistan ordusunun əsgərləri vasitəsi ilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi kimi məsələlərdən ölkədaxili məqsədlər üçün istifadə edilməsindən çəkinmək lazımdır:

“Buna görə də Azərbaycanın bu insanları həbs etmək hüququ, terrorçuları zərərsizləşdirmək haqqı var. Prezident Əliyevin mətbuat konfransında dediyi kimi, atəşkəsdən sonra Azərbaycan ərazisinə qanunsuz daxil olan ermənilər sərbəst buraxıla bilməz”.

M. Brayza əlavə edib ki, Qarabağ Azərbaycanın bir hissəsidir və bu belə qalacaq: “Düşünürəm ki, ermənilər də bununla razılaşmalı olacaqlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}