20:03 / 19-06-2025
Azərbaycanın U-16 millisi Moldovaya qalib gəlib
19:28 / 19-06-2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub - (Yenilənib) - Video
18:32 / 19-06-2025
İran kaset bombasından istifadə edib
18:24 / 19-06-2025
Ukrayna prezidentini Brüsselə çağırıblar
18:16 / 19-06-2025
Sabunçu rayonuna prokuror təyin olunub
18:08 / 19-06-2025
Generalın oğlu vəzifədən çıxarılıb - Foto
17:55 / 19-06-2025
Azərbaycandan 17 ölkəyə neft ixrac olunub - Siyahı
17:41 / 19-06-2025
Nəcməddin Sadıkov məhkəməyə çağırılıb
17:13 / 19-06-2025
Putin Çin lideri ilə İsrail-İran müharibəsini müzakirə edib
16:59 / 19-06-2025
Ərdoğan: "Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”
16:55 / 19-06-2025
İran ABŞ bazalarını vurmağa hazırlaşır
16:47 / 19-06-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
16:37 / 19-06-2025
Əli Əsədov BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
16:29 / 19-06-2025
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
16:11 / 19-06-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
16:02 / 19-06-2025
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
15:29 / 19-06-2025
ŞƏT-in sammiti Çində keçiriləcək
15:11 / 19-06-2025
Milyarderin 100 milyon dollarlıq təklifi cavabsız qalıb
14:50 / 19-06-2025
BQXK rəsmiləri erməniəsilli şəxslərə yenidən baş çəkiblər
14:36 / 19-06-2025
İrana 13 tonluq superbomba ata bilərlər
14:31 / 19-06-2025
Erməni general prokurorun suallarını cavablandırıb
14:28 / 19-06-2025
100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar
14:27 / 19-06-2025
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
14:16 / 19-06-2025
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
13:36 / 19-06-2025
NATO-da böyük dəyişiklik olacaq
13:10 / 19-06-2025
Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət edib
12:50 / 19-06-2025
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
12:38 / 19-06-2025
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
12:35 / 19-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:30 / 19-06-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

İkiqat maska virusun qarşısını necə alır? - Fotolar
Tarix: 04-03-2021 13:39 | Bölmə: Slayd

Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində yerləşdirilən, maskalardan, o cümlədən üst-üstə iki maskadan istifadənin insanı koronavirusdan nə dərəcədə qorumasına aydınlıq gətirilib. Reyting.az Novator.az-ın ingiliscədən çevirdiyi həmin yazını oxucuların diqqətinə çatdırır:
Koronavirusa qarşı peyvəndlənmə tədbirləri genişlənsə də, virusdan qorunmağın əsas yollarından biri - maska taxmaq öz aktuallığını saxlayır.
Bəs hansı maskalardan istifadə etmək məqsədəuyğundur? Üst-üstə iki maska geyinmək olarmı? Alimlər bu barədə nə düşünürlər?
İkiqat maskadan istifadə etmək lazımdırmı?
Bəli. ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi COVİD-19 infeksiyasının havada necə yayıldığını araşdırıb. Mərkəzin bu yaxınlarda hazırladığı hesabatda qeyd olunur ki, tibbi maskanın üstündən parça maska geyinmək insanın koronavirusa yoluxma riskini 90 faiz azalda bilər.
Ünsiyyətdə olan iki şəxsin hər biri ikiqat maskadan istifadə edərsə, virusun onların birindən digərinə keçməsi riski 96,4 faiz azala bilər.
ABŞ prezidenti Cozef Baydenin pandemiya üzrə baş tibbi məsləhətçisi doktor Entoni Fauçi üst-üstə iki maska taxmağı “sağlam yanaşma” hesab edir.
Lester Kral Xəstəxanasının məsləhətçi virusoloqu və respirator xəstəliklər şöbəsinin fəxri dosenti doktor Culian Tan “Sky News”a açıqlamasında deyib ki, maskanın sayı nə qədər çox olsa, virusdan qorunmaq o qədər asan olar: “Bir neçə maskanı üst-üstə taxmaq daha effektlidir. Hətta üçqat maska ikiqat maskadan da yaxşıdır. Ancaq üç maska taxanda nəfəs almaq çətinləşir, problem yalnız bundadır”.

ABŞ prezidentinin pandemiya üzrə baş tibbi məsləhətçisi doktor Entoni Fauçi
Maskanı təkmilləşdirmək lazımdırmı?
Bütün hallarda maskadan istifadə etmək maskasız gəzməkdən daha yaxşıdır. Ancaq Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin apardığı tədqiqat zamanı əsasən tibbi maskanın üstündən parça maska taxılmasının effekti araşdırılıb.
Böyük Britaniyadakı bəzi siyasətçilər, həmçinin sabiq səhiyyə naziri Ceremi Hant ictimai nəqliyyatda və mağazalarda keyfiyyətli tibbi maskalardan istifadənin məcburi şəkildə tətbiq olunmasını təklif edir.
Oksford Universitetinin ilkin tibbi yardım üzrə professoru Trişa Qrinhalq da virusun yeni variantları ortaya çıxandan sonra tibbi maskalardan istifadənin zəruri olduğunu söyləyib.
Artıq Fransa və Almaniyada ictimai yerlərdə istifadə edilən maskaların tibbi cəhətdən keyfiyyətli olması məcburi hal alıb.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin hazırladığı məruzədə qeyd olunur ki, tibbi və ya cərrahi maska gözdən yayınan virus hissəciklərinin 42 faizini, parça maska isə 44,3 faizini bloklayır. Hər iki maska birgə istifadə olunan zaman virus hissəciklərinin 92,5 faizi bloklanır.
Tədqiqat zamanı cərrahi, lazer, izolyasiya, stomatoloji və ya tibbi prosedurlar üçün nəzərdə tutulan tibbi maskadan istifadə olunub. Yəni N95 maskalarından - Böyük Britaniyanın FFP2 maskalarına bərabər olan maskalardan istifadə olunmayıb.
Tədqiqatda istifadə edilən parça maskalar təbii sintetik parçadan hazırlanan və pandemiya dövründə çox istifadə olunan maskalar olub.

ABŞ prezidenti Cozef Bayden
Üst-üstə iki maska niyə daha yaxşıdır?
Üst-üstə iki maskadan istifadə ona görə daha təsirlidir ki, bu halda maska üzə kip oturmuş olur.
Doktor Tanın da dediyi kimi, maska taxan şəxslər nəfəs alıb-verəndə infeksiya maskanın kənarından ətrafa yayılır. Çünki maska üzə tam oturmadığından həmin hissələrdə boşluq qalır.
İkiqat maskadan istifadə etmək həm viruslu məkanda nəfəs alan insanları infeksiyadan qoruyur, həm də ona yoluxmuş şəxslərin virusu yaymasının qarşısını alır. Başqa sözlə, siz üst-üstə iki maska geyinəndə həm özünüzü, həm də başqalarını infeksiyadan qorumuş olursunuz.

ABŞ-ın vitse-prezidenti Kamala Harris
Daha nə etmək olar?
Cərrahi maskanın virusa davamlılığını yaxşılaşdırmaq üçün bir üsul da var: siz maska bağlarının maskaya birləşən hissəsini düyünləyə bilərsiniz.
Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin məlumatına görə, bu metod virusun qarşısının alınması yolunda ikiqat maska qədər effektlidir.
Doktor Tan cərrahi maskanın təmiz qalması üçün onun üzərinə spirt çiləməyi, spirt quruyandan sonra istifadə etməyi məsələhət görür.
Maskanı su ilə yumaq onun qoruyucu xüsusiyyətlərini zəiflədə bilər.
Doktor Tan üzü tüklü olan insanlara məsləhət görür ki, maskanın kənarlarından sızmanın qarşısını almaq üçün vazelin kimi məhlullardan istifadə etsinlər.

ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin təlimatından: B və C variantları daha məqbul sayılır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Bu gün, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir