ABŞ-ın müdafiə xərcləri: büdcə Rusiya və Çinin birgə xərclərindən 3 dəfə çox ola bilər
Tarix: 29-05-2021 13:28 | Bölmə: Slayd
ABŞ-ın müdafiə xərcləri: büdcə Rusiya və Çinin birgə xərclərindən 3 dəfə çox ola bilər

Amerika strateji baxımdan rəqib saydığı Çin və Rusiyanı üstələmək üçün yeni plan hazırlayıb. Reyting.az xəbər verir ki, bu, ABŞ-ın 2022-ci il üçün dövlət büdcəsində özünü büruzə verir.

Ağ Ev oktyabrın 1-dən başlayacaq 2022 maliyyə ili üçün dövlət xərclərini ehtiva edən hərtərəfli büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

İlk olaraq Bayden hökuməti növbəti büdcədə infrastruktur, səhiyyə və təhsil kimi sahələrə xərclərin artırılmasını nəzərdə tutur.

Baydenin hazırda ikimərhələli iqtisadi planı büdcədir.

Amerika büdcə sənədi 2022 maliyyə ilində 4,17 tirlyon dollar gəliri təmin etmək, 6 tirlyon dolları isə xərcləməyi nəzərdə tutur.

Prezident Baydenin bir neçə ay əvvəl təqdim etdiyi infrastruktur paketi 2,3 trilyon dollarlıq Amerika Məşğulluq Planı və 1,8 trilyon dollarlıq Amerika Ailələr Planı da büdcəyə daxil edilib.

Hərtərəfli büdcə təklifi aprel ayında elan edilən 1,52 trilyon dollarlıq istehlak büdcə planını da əhatə edir.

COVİD-19 pandemiyasının təsiri ilə son 2 ildə hökumətin artan büdcə kəsirinin 2022 maliyyə ili üçün 1,8 trilyon dollar geriləməsi təxmin olunur.

Baydenin büdcə təklifində sanksiyalar, vergi islahatları da yer alır. Bu çərçivədə vergi faizlərinin 21-dən 28-ə qaldırılması planlaşdırılır.

İqtisadi təxmin və təhlillərin də yer aldığı büdcə təklifində ABŞ iqtisadiyyatının 2021-ci ildə 5,2, 2022-ci ildə 4,3, 2023-cü ildə isə 2,2 faiz böyüyəcəyi ehtimal edilir.

Ölkədə İstehlak Qiymətləri İndeksinin (TÜFE) 2021 və 2022-ci illərdə ilkin 2,1 və 2023-cü ildə 2,2 faiz artacağı gözlənilir.

Yeri gəlmişkən, Bayden büdcədən ABŞ-ın müdafiə xərclərinə 715 milyard dollar ayrılmasını təklif edir. Bu, ötən illə müqayisədə 11,3 milyard dollar çoxdur.

Büdcə təklifinin federal xərcləmələri II Dünya müharibəsindən bu yana qeydə alınan ən yüksək səviyyədir.

Respublikaçılar Partiysı Con Baydenin xərcləmə və vergi planının borc yükünü və inflyasiyanı artıracağından ehtiyatlanır.

İndilikdə Baydenin ikimərhələli xərcləmə büdcəsi Konqresdə aylarla sürəcək ciddi müzakirələrdən keçəcək.

Məlumat üçün xatırladaq ki, Rusiyanın müdafiə xərcləri ümumilikdə 55 milyard dollara çatsa da, Çinin illik müdafiə büdcəsi 200 milyard dollara çatmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər