Politoloq: “Ermənistan-İran və Ermənistan-Rusiya münasibətləri gəginləşəcək”
Tarix: 21-06-2021 18:37 | Bölmə: Slayd
Politoloq: “Ermənistan-İran və Ermənistan-Rusiya münasibətləri gəginləşəcək”

“Nikol Paşinyanı Ermənistan istəyirdi və onun qələbəsi gözlənilən qələbə idi. Çünki Ermənistanı bəladan xilas edəcək yeganə şəxs Paşinyandır. Robert Köçəryan daha çox müharibə tərəfdarı idi. Ermənistanın da müharibə etməyə nə iqtisadi imkanı, nə də hərbi qüdrəti var. Ermənistanı iqtisadi blokadadan çıxarmaq lazımdır ki, bunu da Paşinyan bacaracaq. Paşinyanın iradəsi var, xalq da arxasındadır. Üstəlik, parlamentdə ən azı 71 yeri götürüb. Rusiya ilə münasibətlərdə də gərginlik qalacaq. Çünki Nikol Paşinyanın arxasında ABŞ durur. O, ABŞ-ın maraqlarına uyğun hərəkət edəcək”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Ermənistandakı növbədəkənar seçkilərdən deyib.

Cümşüd Nuriyev Ermənistan-İran və Ermənistan-Rusiya münasibətlərinin gərginləşəcəyini proqnozlaşdırıb: “Ancaq Ermənistan həm də Rusiyanın toxuna bilmədiyi yerdir. Çünki arxasında ABŞ, Avropa Birliyi və xristian həmrəyliyi də var. Hesab edirəm ki, ruslar Ermənistanın əsl üzünü bundan sonra görəcəklər. Əslində proseslərin bu ssenari üzrə inkişafı Azərbaycanın maraqlarına uyğundur. Qarşıdurmanın olacağı, Moskva-İrəvan münasibətlərinin kəskinləşəcəyi birmənalıdır. Qərb çalışır ki, Ermənistanın əli ilə Rusiyanı Qafqazdan çıxarsın. Buna nail ola bilərlər”.

C. Nuriyev əlavə edib ki, Rusiyanın N. Paşinyana qarşı İrəvanda etiraz tədbirləri keçirməsi gözlənilmir: “Əslində ruslar çox çalışdı ki, hərbçilərin rəhbərliyi ilə nəsə etsinlər, ancaq buna da nail ola bilmədilər. Həqiqət odur ki, Ermənistan 44 günlük müharibə zamanı Azərbaycanın gücünü gördü. İndi çalışırlar ki, yaralarını müalicə etsinlər. Ermənilər özləri deyir ki, 5 min itkiləri var. Amma real rəqəmlərdə bu 12 mindir. 6 min də yaralıları var. Ermənistanda ikinci belə qüvvə yoxdur ki, əlinə silah götürüb vuruşsin. Qarabağda qalanlar da yaşlılardır”.




Bölməyə aid digər xəbərlər