23:13 / 19-06-2025
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
20:03 / 19-06-2025
Azərbaycanın U-16 millisi Moldovaya qalib gəlib
19:28 / 19-06-2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub - (Yenilənib) - Video
18:32 / 19-06-2025
İran kaset bombasından istifadə edib
18:24 / 19-06-2025
Ukrayna prezidentini Brüsselə çağırıblar
18:16 / 19-06-2025
Sabunçu rayonuna prokuror təyin olunub
18:08 / 19-06-2025
Generalın oğlu vəzifədən çıxarılıb - Foto
17:55 / 19-06-2025
Azərbaycandan 17 ölkəyə neft ixrac olunub - Siyahı
17:41 / 19-06-2025
Nəcməddin Sadıkov məhkəməyə çağırılıb
17:13 / 19-06-2025
Putin Çin lideri ilə İsrail-İran müharibəsini müzakirə edib
16:59 / 19-06-2025
Ərdoğan: "Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”
16:55 / 19-06-2025
İran ABŞ bazalarını vurmağa hazırlaşır
16:47 / 19-06-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
16:37 / 19-06-2025
Əli Əsədov BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
16:29 / 19-06-2025
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
16:11 / 19-06-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
16:02 / 19-06-2025
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
15:29 / 19-06-2025
ŞƏT-in sammiti Çində keçiriləcək
15:11 / 19-06-2025
Milyarderin 100 milyon dollarlıq təklifi cavabsız qalıb
14:50 / 19-06-2025
BQXK rəsmiləri erməniəsilli şəxslərə yenidən baş çəkiblər
14:36 / 19-06-2025
İrana 13 tonluq superbomba ata bilərlər
14:31 / 19-06-2025
Erməni general prokurorun suallarını cavablandırıb
14:28 / 19-06-2025
100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar
14:27 / 19-06-2025
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
14:16 / 19-06-2025
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
13:36 / 19-06-2025
NATO-da böyük dəyişiklik olacaq
13:10 / 19-06-2025
Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət edib
12:50 / 19-06-2025
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
12:38 / 19-06-2025
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
12:35 / 19-06-2025
Sabahın hava proqnozu açıqlanıb
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

Gömrükçülər reketlik edir - Müraciət
Tarix: 23-06-2021 11:08 | Bölmə: Slayd

“Hava Nəqliyyatında Baş Gömrük İdarəsi (HNBPİ) bizim MMC-yə qarşı qərəzli münasibət göstərir və İdarə əməkdaşlarının qanunsuz hərəkətləri bizə külli miqdarda maddi zərər vurur. Bizə qarşı bu qanunsuz hərəkətlər 2020-ci ilin sentyabr ayından bu günədək davam etdirilir. Ünvanımıza gələn yüklər əsassız olaraq gömrükdə uzun müddət saxlanıldıqdan sonra buraxılır ki, bu da anbar və terminal ödənişlərinin artmasına, həmçinin partnyorlarımız qarşısında götürdüyümüz öhdəliklərin vaxtında icra edilməməsinə görə zərərə və işgüzar nüfuzdan düşməyə gətirib çıxarır”.
Reyting.az xəbər verir ki, bu müraciəti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının problemlə üzləşdirdiyi «Kompliment» MMC-nin direktoru Aytən Ələkbərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevə və ölkədə fəaliyyət göstərən KİV-lərə müraciətində yazıb.
MMC direktoru qeyd edir ki, üzləşdikləri problemlə bağlı bu günədək prokurorluq, məhkəmə orqanları və ya kütləvi informasiya vasitələrinə müraciət etməyiblər: “Bütün problemlərlə bağlı yazılı və şifahi formada yalnız Komitə rəhbərliyinə müraciət edirdik. Lakin bəzi hallarda müraciətlərimiz Komitənin vəzifəli şəxslərinə çatmır, Aparat əməkdaşları məktublarımızla ötür-ötür oyunu quraraq, şikayətlərimizi HNBGİ-nə göndərirlər. Bəzi hallarda məktublarımız ümumiyyətlə gömrük orqanında qeydiyyata alınmır, elektron formada göndərdiyimiz məktublar isə əksər hallarda oxunmamış silinir. Məktublarımıza cavab verilmir və ya formal cavablar verilir. Dövlət Gömrük Komitəsinin “qaynar xətt”inə zəng etdikdə isə bəzi hallarda ən azı 70-80 dəqiqə gözləməli olursan ki, operatorlar cavab versin. Nəticədə problemlər öz həllini tapmır və HNBPİ-nin bəzi əməkdaşları bizə qarşı öz qanunsuz əməllərini daha da aqressiv formada davam etdirirlər”.
Aytən Ələkbərova müraciətində xatırladır ki, qanunsuz əməllərə yol verən gömrük əməkdaşlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə cəzalandırılması nəzərdə tutulur: “HNBPİ-nin bizə problemlər yaradan əməkdaşları da vəzifə səlahiyyətlərini aşdıqlarına, özbaşınalıqlarına, hədə-qorxu ilə pul tələb etdiklərinə, bizi süründürməçiliyə məruz qoyduqları və digər qanunsuz əməllərinə görə cinayət və inzibati məsuliyyət də daşıyırlar. Lakin bu günədək onların biri də cəzalandırılmayıb, əksinə, bizə qarşı qanunsuz hərəkətlərə yol verdiklərinə görə vəzifələr və rütbələrlə təltif ediliblər.
- Belə ki, 17 sentyabr 2020-ci il tarixdə bizim ünvanımıza YM030920-KOM nömrəli invoysla yük daxil olub və həmin yük tərəfimizdən GB01201000265783 nömrəli bəyannamə ilə bəyan edilərək, tələb olunan gömrük rüsumu və yığımları dərhal tam ödənilib. Lakin HNBGİ-in əməkdaşları yükü bizə verməyib və əsassız olaraq şifahi qaydada daha yüksək qiymətlə bəyan etməyi tələb ediblər. Biz bundan imtina etdikdə isə gömrük əməkdaşları bizə hədə-qorxu gəlib, bizi qacaqmalçılıqda ittiham etməyə çalışıblar. Bu mümkün olmadıqda isə bizi İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin pozulmasında əsassız ittiham edərək, inzibati xəta haqqında uydurma material toplayıb, məhkəməyə göndəriblər. Təbii ki, məhkəmə zamanı bizim deyil, gömrük orqanının qanunsuz əməlləri aşkar olunduğuna görə həmin uydurma işə xitam verilib. Bu işdən nəticə çıxarmaq əvəzinə gömrük orqanı apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi yerli məhkəmənin Qərarını qüvvədə saxlayıb. Yalnız bundan sonra, yəni 07 may 2021-ci il tarixdə HNBGİ-nin əməkdaşları 2020-ci ilin sentyabr ayında ünvanımıza daxil olan mallarımızı özümüzə qaytarıblar. Düz, 8 ay ərzində gömrük orqanı qanunsuz olaraq bizim yükümüzü saxlayaraq bizə külli miqdarda maddi və mənəvi zərər vurublar. Dəfələrlə tələb etməyimizə baxmayaraq bu günədək həmin zərər HNBGİ-si tərəfindən bizə ödənilməyib və əsassız olaraq yükümüzü uzun müddət ərzində saxlanılmasına cavabdeh olan vəzifəli şəxslər cəzalandırılmayıblar”.
- 2020-ci ilin noyabr ayında ünvanımıza daxil olan və 13 noyabr tarixdə GB 01201000326521 nömrəli bəyannamə ilə bəyan edilən və gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükümüz əsassız olaraq HNBGİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra bizə hədə-qorxu gələrək, mallarımızı sentyabr ayında gələn yük kimi saxlayıb bizə qacaqmalçılıqla cinayət işi başlayacaqlarını bildiriblər. Əlavə olaraq 24 noyabr tarixdə gömrük orqanının hesabına məcburi olaraq 4521.39 manat pul ödətdirəndən sonra 25 noyabr tarixdə yükümüzü buraxıblar. Dəfələrlə yazılı və şifahi tələblərimizə baxmayaraq, HNBGİ-si reketlik edərək məcburi qaydada bizdən aldıqları pulları bu günədək geri qaytarmayıb və İdarənin əməkdaşları öz əməlləri ilə bizə külli miqdarda maddi və mənəvi zərər vurublar.
- 2021-ci ilin yanvar ayında ünvanımıza YM140121-KOM nömrəli invoysla daxil olan və GB01211000035282 nömrəli bəyannamə ilə bəyan edilmiş yükümüz 1 ay müddətində əsassız olaraq saxlanıldıqdan sonra buraxılıb. Bununla da bizə külli miqdarda maddi və mənəvi zərər vurulub. Həmin vaxt təkcə anbar pulu kimi bizə 567.86 manat ödətdirilib. Həmin zərər də bu günədək HNBGİ-si tərəfindən bizə ödənilməyib, qanunsuz əməllərə yol vermiş gömrük əməkdaşları cəzalandırılmayıblar.
- 2021-ci ilin yanvar ayında Pİ-AZ20210112-01 nömrəli invoysla ünvanımıza daxil olub və GB01211000035279 nömrəli bəyannəmə ilə bəyan edilmiş yükümüz də düz 1 ay müddətində gömrük əməkdaşları tərəfindən əsassız olaraq saxlanılıb, yalnız çoxsaylı şikayətlər etdikdən sonar mallarımız buraxılıb. Həmin zərər də bu günədək HNBGİ-si tərəfindən bizə ödənilməyib, qanunsuz əməllərə yol vermiş gömrük əməkdaşları cəzalandırılmayıblar.
- 2021-ci ilin 03 may tarixində ünvanımıza YM210421-KOM nömrəli invoysla daxil olmuş yükümüz tərəfimizdən GB 01211000138692 nömrəli bəyannamə ilə bəyan edilib. Gömrük orqanının müvafiq elektron sistemindəki bildirişlərdən də görünür ki, həmin yükə dair təqdim etdiyimiz GB 01211000138692 nömrəli bəyannaməmiz növbəyə qəbul olunub, gömrük rəsmiləşdirilməsi başlayıb və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılıb. Rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunub. Göstərilən məbləğ tərəfimizdən bank vasitəsi ilə dərhal ödənilib, lakin mallarımız əsassız olaraq gömrük orqanı tərəfindən saxlanılıb və bu günədək buraxılmayıb.
- 2021-ci ilin may ayında ünvanımıza daxil olan, 26 may tarixdə GB01211000165286 nömrəli bəyannəmə ilə bəyan edilən və tələb olunan gömrük rüsum və ödənişləri dərhal ödənilmiş yükümüz də 20 gün saxlanıldıqdan sonra buraxılıb. Bununla da bizə külli miqdarda maddi və mənəvi zərər vurulub.
- 2021-ci ilin iyun ayının 14-də ünvanımıza daxil olan, GB01211000189943 nömrəli bəyannəmə ilə bəyan edilən və tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilən yükümüz də bu günədək buraxılmayıb. Baxmayaraq ki, həmin malların qiymətinə dair artıq məhkəmə qərarı da mövcuddur. Gömrük orqanı nə məhkəmə qərarını nəzərə alır, nə də ki, ölkə rəhbərliyinin göstəriş və qərarlarını. Onlar qanunların tələblərini nəzərə almayaraq, qanunları istədikləri kimi yozaraq, öz mülahizələri və təməl hissləri ilə işləyirlər”.
Aytən Ələkbərova Azərbaycan Respublikasının Prezidentinə yazır ki, ünvanlarına daxil olan bütün mallar əsassız olaraq gömrük əməkdaşları tərəfindən saxlanılan zaman, həmin malların öz anbarlarında saxlanca buraxılması ilə bağlı xahişləri hər dəfə rədd edilir: “Gömrük orqanı ünvanımıza daxil olan bütün malları əsassız olaraq uzun müddət ərzində «ASG Business Aviation» MMC-nin anbarında saxlayır.
Gördüyünüz kimi, HNBGİ-nin əməkdaşları qərəzli olaraq məqsədyönlü şəkildə hər dəfə bizi süründürməçiliyə məruz qoyur, bizə qəsdən külli miqdarda maddi və mənəvi zərər vururlar. Bu qanunsuz əməllərini davam etdirirlər və bunu şəxsən DGK rəisinin göstərişi ilə törətdiklərini bildirirlər. DGK-nin Aparatında xidmət aparan vəzifəli şəxslər Sizin gördüyünüz işləri, apardığınız islahatları, gömrük əməkdaşlarına sahibkarları süründürməçiliyə məruz qoymamaları barədə mütamadi olaraq verdiyiniz göstərişləri heçə sayırlar. Sizin bu sahədə verdiyiniz göstərişlərə əməl etmirlər. Son zamanlar mətbuatda da HNBGİ-nin çoxsaylı qanun pozuntularına yol verməsi barədə kifayət qədər materiallar dərc olunub. Hətta bəzi gömrük əməkdaşları vəzifə cinayətləri törətməkdə, korrupsiyada ittiham olunublar. Lakin bunlardan HNBGİ-nin əməkdaşları heç bir nəticə çıxartmırlar.
Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, HNBGİ-nin əməkdaşları gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması bəhanəsi ilə əksər hallarda qanunvericiliklə nəzərdə tutulmayan və bizdə mövcud ola bilməyən, həmçinin digər ölkələrin daxili sənədlərinə aid olan sənədlərin təqdim olunmasını tələb edirlər. Həmin sənədləri təqdim etmədikdə uzun-uzadı əsassız yoxlamalar apararaq külli miqdarda anbar xərclərinin artmasına nail olurlar. Bundan başqa, gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətlər də hər dəfə gömrükçülər tərəfindən kobud şəkildə pozulur.
Xarici ölkələrdən bizim ünvanımıza yük göndərilərkən tərəfimizdən gömrük orqanına malların dəqiq qiymətləri göstərilmiş alqı-satqı müqavilələri, invoys və digər tələb olunan sənədlər dərhal təqdim olunur. Eyni zamanda gömrük rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşlarının tələb etdikləri qanunvericiliklə nəzərdə tutulmayan digər sənədləri də dərhal təqdim edirik. Lakin gömrük orqanı qərəzli olaraq yenə də mallarımızı uzun müddət ərzində qanunsuz olaraq saxlayır, buraxmır, bizi süründürməçiliyə məruz qoyur, zərər vurur.
Eyni zamanda bildirir ki, gömrük rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşları hər dəfə əsassız olaraq şifahi qaydada Gömrük Məcəlləsinin 221-ci maddəsinin tələblərinə zidd olaraq gömrük dəyərinə düzəlişlərin edilməsini tələb edirlər. Buna əsaslı olaraq imtina edəndə isə məqsədyönlü şəkildə bizi süründürməçiliyə məruz qoyurlar. Yalnız yuxarı gömrük orqanı və ya məhkəmə bizim müəyyən etdiyimiz gömrük dəyərini düzgün hesab etdikdə, mallarımız buraxılır.
Biz bu günədək rastlaşdığımız problemlər barədə nə kütləvi informasiya vasitələrinə, nə də ki, prokurorluq orqanlarına məlumat verməmişik. Amma bu o demək deyil ki, gömrük əməkdaşlarının özbaşınalıqlarına bundan sonra da dözəcəyik. Buna son qoyulmalıdır. Buna görə də məcburiyyət qarşısında qalaraq Sizə müraciət edirik.
2020-ci ilin sentyabr ayından bu günədək ünvanımıza daxil olan yüklərin hamısı əsassız olaraq uzun müddət ərzində HNBGİ-si tərəfindən saxlanılır. Məqsədyönlü şəkildə bizə külli miqdarda zərər vurulur. Bunu məhkəmə də təsdiq edib, həmçinin şikayətlərimizə əsasən Komitənin Aparatında aparılan araşdırmalar zamanı da təsdiqlənib.
Bildiyiniz kimi, belə olan halda malların saxlancı ilə bağlı xərclər Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Bu günədək qeyd olunan maddədə göstərilənlərə HNBGİ-si tərəfindən əməl olunmayıb. Bizi süründürməçiliyə məruz qoyan və külli miqdarda zərər vuran əməkdaşlar çəzalandırılmayıb, bizə vurulmuş zərər ödənilməyib.
HNBGİ-nin vəzifəli şəxslərinin bizə külli miqdarda maddi və mənəvi zərər vurması barədə əlimizdə kifayət qədər əsaslı sübutlarımız var və bildiyiniz kimi, tərəfimizdən məhkəməyə müraciət edilən halda qanunamüvafiq olaraq iddiamızın təmin edilməsi perespektivi yüksəkdir. Prokurorluq orqanlarına şikayət etdikdə isə bu həmin gömrük orqanının vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlərin görülməsinə səbəb ola bilər. Lakin qərara aldıq ki, ilk olaraq Sizə müraciət edək və məktubumuzun Sizə təqdim edilməməsindən etiyat edərək, bu barədə KİV-ə də bu məktubun surətini göndəririk.
Bundan başqa, bildirmək istəyirik ki, HNBGİ-də malların gömrük dəyərinə əsassız olaraq və şifahi qaydada düzəlişlər tələb edilərkən çox vaxt özlərinin mərkəzi məlumat bazasındakı və internetdəki qiymət məlumatlarından istifadə edirlər ki, bu da qanunvericilikdə öz əksini tapmayıb. Həmçinin məhkəmələr də dəfələrlə gömrük orqanlarının diqqətinə bunun Gömrük Məcəlləsinin tələblərinə zidd olmasını çatdırıblar. Gömrük işçisinin gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərə deyil, gömrük orqanının "məlumat bazasında" və ya internetdə yer alan mövcud qiymət məlumatlarına etibar etməsi tamamilə əsassızdır.
Bütün bu yuxarıda göstərilən neqativ halların kökündə, gömrük əməkdaşlarının özlərinin də bildirdiyi kimi, büdcəyə toplanan gömrük rüsum və ödənişlərinin süni şəkildə artırmaq niyyətidir. Bu meyarlara cavab verən gömrük işçiləri mükafatlandırılır, buna görə də hər bir gömrük işçisi, malların qiymətini artırmaq və sonra məhkəmələrdə itirmək bahasına da olsa belə rüsumları maksimum dərəcədə toplamaqda çox maraqlıdır. Belə bir meyar qəbuledilməzdir! Yalnız ona görə ki, hər hansı bir vətəndaş, hətta hüquqi təhsili olmadan da, dəyişən bazarın konyukturasını rəhbər tutaraq məhkəmədə ödənişlərin azaldılması və ya artırılması faktını asanlıqla sübut edə bilər”.
MMC direktoru daha sonra yazır:
“Möhtərəm Prezident!
HNBGİ-si bizim şikayətlərimizə ümumiyyətlə baxmır, şikayətlərimizə əsasən hər hansı bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı bizi məlumatlandırmır, şikayətlərimizə rəsmi cavab verilmir. Komitəyə ünvanladığımız şikayətlərlə isə ötür-ötür oyunu oynanılır.
Hansı ki, «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında» Əsasnamədə də göstərilib ki, Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur; Komitə öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.
Komitənin vəzifələrinə isə Komitənin fəaliyyəti ilə əlaqədar insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək daxildir.
Gömrük Məcəlləsinin isə müddəalarına əsasən ilkin şikayət üzrə gömrük orqanının və ya onun vəzifəli şəxsinin qərarı yazılı şəkildə qəbul edilir. Şikayət verən şəxs şikayət üzrə qəbul edilmiş qərar barədə xəbərdar edilir. Bu günədək bizim şikayətlərimizə baxılmayıb və bizə hər hansı bir qərar təqdim olunmayıb.
Bildiyiniz kimi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), qərarlarından şikayət vermə formasında müraciət etmək hüququ demokratik dövlətə xas olan əsas institutlardan biridir. Hər kəsin pozulmuş hüququnun bərpası tələbi ilə dövlət orqanına və ya vəzifəli şəxsə müraciət etmək hüququnun təmin olunması belə münasibətlərdə tərəflərin qeyri-bərabərliyinə əsaslanan inzibati və digər hüquqi münasibətlərin xüsusiyyətləri baxımından zəruridir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək, dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, ayrı-ayrı vətəndaşların fəaliyyətini və işini tənqid etmək hüquqi əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulub. Vətəndaşların müraciət etmək hüququ «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununda da öz təsdiqini tapıb. Bu Qanunun 9-cu maddəsinə əsasən öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir.
Digər tərəfdən şikayət, dövlət orqanları və vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı, bir növ, özünəməxsus nəzarətin həyata keçirilməsinə yardım edir.
Bu baxımdan Gömrük Məcəlləsinin müvafiq maddələrinə əsasən ilkin şikayətin yuxarı gömrük orqanına və ya onun vəzifəli şəxsinə verilməsi qaydasının müəyyənləşdirilməsi şəxslərin pozulmuş hüquq və qanuni mənafelərinin təxirə salınmadan, tez bir zamanda bərpa və müdafiə olunmasına, həmçinin aşağı gömrük orqanları və ya onların vəzifəli şəxslərinin gömrük qanunvericiliyinin icra və tətbiqi zamanı yol verdikləri pozuntuların aradan qaldırılmasına xidmət edir.
Gömrük Məcəlləsindən göründüyü kimi, ilkin şikayətlə bağlı qəbul edilmiş qərar, birinci növbədə, şikayət verən şəxsin pozulmuş hüququnun bərpasına yönəldilməlidir.
Bu müddəalar şəxslərin gömrük işi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinə riayət etmələrini təmin etməklə yanaşı, aşağı gömrük orqanları və ya onların vəzifəli şəxslərinin bu sahədə qanunvericiliyin düzgün tətbiq və icra edilməsi məqsədi ilə nəzarətin həyata keçirilməsinə şərait yaradır.
Şikayətlərin məhkəməyəqədər baxılma qaydasında tərəflərin qeyri-bərabərliyi, şikayətlərə şikayətçinin iştirak etmədiyi şəraitdə və gömrük orqanı və ya onların vəzifəli şəxsi tərəfindən baxılması, o cümlədən qərarın şikayət verən şəxs üçün barəsində şikayət verilmiş qərardan az əlverişli olmasının mümkünlüyü onlardan müvafiq məhkəmələrə təkrar şikayət verilməsini nəzərdə tutur.
Dövlət Gömrük Komitəsi bizim çoxsaylı şikayətlərimizə baxılmadığına görə, HNBGİ əməkdaşlarının isə bizə qarşı qanunsuz hərəkətləri davam etdirildiyinə və bunun sonu görünmədiyinə görə, biz pozulmuş hüquqlarımızın bərpası üçün həmçinin məhkəməyə də müraciət etmək qərarına gəlmişik və bu barədə DGK-nin də rəhbərliyini də artıq məktubla məlumatlandırmışıq.
Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, HNBGİ-də bizə qarşı qanunsuz əməllərə, bizi süründürməçiliyə məruz qoyanlara rəhbərliyi həmin İdarənin Pərviz Kəngərli adlı İdarə rəisi edir və Ənvər və Əfqan adlı şöbə rəisləri, həmçinin Elton, Huseyn və digər inspektorlar həmin İdarə rəisinin qanunsuz göstərişlərini icra edirlər. Həmin vəzifəli şəxslər eyni zamanda öz rəislərini və DGK-nin Aparatının əməkdaşlarını da aldadırlar.
Təbii ki, həmin öz yerində olmayan vəzifəli şəxs bizə qarşı qanunsuz əməllərini uzun müddət davam etdirə bilməyəcək, çünki biz kiçik sahibkarların arxasında Sizin kimi Prezidentimiz, qanunlarımız və öz iradə və savadımız var.
Biz bu günədək dövlətimizdən kredit, suda və digər hər hansı bir yardım və ya müavinət almamışıq. Vergilərimizi vaxtlı-vaxtında ödəmişik. Hər zaman Sizin siyasətinizi dəstəkləmişik və bu gün də Sizin əsgərləriniz olaraq qalırıq. DGK-dən başqa hər hansı bir dövlət qurumundan şikayət və ya narazılığımız yoxdur. DGK demək olar ki, artıq bizim biznesimizi məhv edib, MMC-nin fəaliyyətini iflic halına salıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Kompliment» MMC-yə qarşı HNBGİ-si tərəfindən qanunsuz əməllərə son qoyulması, həmin İdarə tərəfindən bizə vurulan maddi və mənəvi zərərin ödənilməsi, bizə hədə-qorxu gələrək 2020-ci ilin noyabr ayında GB 01201000326521 nömrəli bəyannamə üzrə məçburi ödətdikləri vəsaitlərin geri qaytarılması, həmçinin 2021-ci ilin 03 may tarixində ünvanımıza YM210421-KOM nömrəli invoysla daxil olmuş və GB 01211000138692 nömrəli bəyannamə ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş, eyni zamanda 14 iyun 2021-ci il tarixdə GB01211000189943 nömrəli bəyannəmə ilə bəyan edilmiş və tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yüklərimizin təcili buraxılması üçün müvafiq göstəriş verməyinizi xahiş edirik”.
Reyting.az Dövlət Gömrük Komitəsinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Bölməyə aid digər xəbərlər

Dünən, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Dünən, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir