Türkiyədən gələn marşal döyüşə başlayır
Tarix: 14-08-2021 13:22 | Bölmə: Slayd
Türkiyədən gələn marşal döyüşə başlayır

ABŞ və müttəfiqləri Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hərəkatı hücuma keçərək əfqan hökumətinin nəzarətindəki əraziləri sürətlə ələ keçirir.

Reyting.az
xəbər verir ki, hazırda “Taliban” qüvvələri ilə paytaxt Kabil arasında məsafə 80 kilometrdir. Dünən bu məsafənin 150 kilometr olduğu bildirilirdi.

Bu arada “Taliban” paytaxt Kabilin yaxın məsafəsində olan Logar vilayətini tamamilə nəzarətə götürüb. Logar vilayətinin deputatı Homa Əhmədi deyib ki, “Taliban” Logar vilayətinə nəzarəti ələ keçirərək paytaxt Kabillə qonşu vilayətlərin sərhədlərinə çatıb.

Balkh vilayətinin sözçüsü Münir Əhməd Fərhad isə bildirib ki, “Taliban” Mezar-i Şərif şəhərinə bir neçə istiqamətdən hücuma keçib.

Görünən budur ki, “Taliban” azı 20 vilayəti ələ keçirərək paytaxt Kabilə doğru hərəkət edir. Bu yöndə əsas problem Məzar-i Şərif qalıb. Dramatik hadisələrin müşahidə olunduğu Əfqanıstanın Məzahir-i Şərif şəhərində isə marşal Rəşid Dustum dayanıb. Milliyətcə türk olan Dostum Əfqanıstana bir neçə gün əvvəl qayıdıb.



Məlumat üçün qeyd edək ki, özbək əsilli general Rəşid Dostum Əfqanıstana Türkiyədən gəlib. Uzun illər Türkiyədə qalan Dostuma əvvəlki müharibə dövründə də Ankaradan dəstək verilib, hətta onun mühafizəsi təşkil olunub. Bu səbəbdən də marşala Ankaranın adamı kimi yanaşılır.

Marşalın qəfildən Məzar-i Şərifdə ortaya çıxması, hətta bir neçə gün əvvəl prezident Əşrəf Qəni ilə görüşməsi ciddi nüanslardan xəbər verir.

Bir zamanlar Əfqanıstanın vitse-prezidenti olmuş, sovet işğalına qarşı və “Taliban”la mübarizədə əsas liderlərdən olan marşal Dustum bəyan edib ki, nəyin bahasına olursa-olsun vətəni müdafiə edəcək. Dustum bir neçə gün əvvəl bəzi siyasi liderlərlə görüşərək “Taliban”a qarşı Məzari-i Şərəfi müdafiə edəcəklərini bildirib. Artıq komanda mərkəzi qurduqlarını elan edən Dustum 2500 nəfərlik hərbi güclə “Taliban”a qarşı döyüşə hazır olduqlarını bildirib. O, həmçinin Məzar-i Şərifi müdafiə etmək üçün xalq qüvvələrinin yerləşdiriləcəyi bölgələrin müəyyən edildiyini və hazırlıqların aparıldığını da diqqətə çatdırıb.

İşin dramatik tərəfi ondan ibarətdir ki, Əfqanıstanın şimalındakı 7 vilayət mərkəzindən biri olan Çəzar-i Şərif və Meymene olmaqla cəmi 2 vilayət hökumət qüvvələrinin nəzarətindədir.

Reyting.az





Bölməyə aid digər xəbərlər