13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Rusiya-Ukrayna müharibəsi başlasa... - Politoloq şərh edir
Tarix: 03-11-2021 17:14 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi başlasa... - Politoloq şərh edir

“Ukrayna Donbas istiqamətində bir neçə kəndi separatçılardan azad edib. Amma Kiyev elə böyük qüvvə deyil ki, Rusiyaya güc nümayiş etdirsin. Eyni zamanda Ukraynada vəziyyət kifayət qədər gərgindir. Dünən Ukraynanın müdafiə naziri istefa verib”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Rusiyanın Ukrayna sərhədlərinə 10 minlərlə əsgər və böyük sayda hərbi texnika cəmləşdirməsindən danışarkən deyib.

C. Nuriyevin ehtimalına görə, Ukrayna istefaya göndərilən müdafiə nazirinin Rusiya ilə əlaqələrinin olmasından şübhələnir: “Belə məsələlərdə dövlətlər müdrik qərarlar qəbul etməlidir. Bizdə də müharibədən əvvəl bəzi addımlar atıldı.

Məncə, Ukrayna Rusiyaya güc göstərmir, sadəcə, Zelenksini buna məcbur edirlər”.

Ukrayna prezidenti Zelenskinin ABŞ prezidenti Baydenlə görüşünü də xatırladan politoloqun iddiasına görə, Ukrayna liderinə vəziyyəti gərginləşdirməyi tapşırıblar.

“Burada bir məqam da var. Zelenski prezident seçildikdən sonra xüsusi bir addım atmayıb, ölkədə durum daha da pisləşib. İndi ona sərf edir ki, hansısa addım atsın”,- C. Nuriyev əlavə edib.

Politoloqun fikrincə, Ukrayna məsələsində yalnız ABŞ-ın maraqları dominantlıq təşkil etmir, Avropanın da maraqları var:

“Ukrayna üzərindən uçuşlar dayandırılıb, burada Belarus amili də mövcuddur. Eyni zamanda Ukrayna üzərindən qazın Avropaya ötürülmə məsələsi də var. Hərçənd indi ruslar Türkiyə üzərindən Avropaya qaz çıxara bilirlər. Yəni bir çox məsələlər var ki, Ukrayna uduzur. Əslində isə indi Ukrayna bzim 1992-1993-cü illərdəki durumuzu yaşayır”.

C. Nuriyev bildirib ki, müharibə ehtimalı olduqca azdır: “Düzdür, Ukraynanın hansısa ordu generalı deyib ki, əgər Moskva əməliyyata başlasa Putin üçün “qanlı hamam” təşkil edəcəklər. General elə bu cür danışmalıdır, çünki hərbçidir. Amma müharibə başlasa, ruslar qısa müddətdən sonra Kiyevi tuta bilər.

Rusiyanın Ukrayna daxilindən də dəstəyi var. Ən azından Ukrayna əhalisinin 17 milyonu rusdur. Bu mənada müharibə ehtimalı azdır, amma Ukraynanın da geri çəkilməyə yeri yoxdur”.




Bölməyə aid digər xəbərlər