14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kreml Soçi görüşünün detallarını açıqlayıb
Tarix: 24-11-2021 21:06 | Bölmə: Gündəm
Kreml Soçi görüşünün detallarını açıqlayıb

Rusiya prezidenti Vladimir Putinin Avropa Şurasının sədri Şarl Mişel ilə telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq məsələlər müzakirə edilib.

Bildirilir ki, V. Putin Ş. Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib. Qeyd edilir ki, məhz bu məsələlərə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan Baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə baxılması planlaşdırılır.

Bundan başqa, Putin və Mişel telefon danışığı zamanı Ukrayna münaqişəsi və Belarus-Avropa İttifaqı sərhədində miqrant böhranını da müzakirə edib, Əfqanıstan və Liviya problemlərinə toxunublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}