Gəncədə tanınmış vəkil saxlanılıb
Tarix: 24-10-2025 14:03 | Bölmə: Xəbərlər
Gəncədə tanınmış vəkil saxlanılıb

Gəncədə tanınmış vəkil saxlanılıb.

APA tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanılığını bildirib.

Məlumata görə, Z. Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib