19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
Tarix: 24-10-2025 18:03 | Bölmə: Dünya
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq

Ermənistanla İran arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması barədə saziş üzrə danışıqlar aparılır.

Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan brifinqdə bildirib.

Akopyanın sözlərinə görə, danışıqlar artıq yekun mərhələdədir.

“Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi barədə sazişin imzalanması üzrə danışıqlar gedir və yaxın vaxtlarda başa çatdırılacaq”, – o qeyd edib.

Komitə sədri qonşu Gürcüstanla əməkdaşlığın da genişləndirildiyini vurğulayıb: “Biz Gürcüstanla birgə xidmət məntəqəsinin yaradılması məsələsini müzakirə edirik. Qoqavan–Ququt keçid məntəqəsində birgə xidmətlərin göstərilməsi üçün işçi qrupu artıq fəaliyyətə başlayıb”.

O, həmçinin ABŞ-la əməkdaşlığın da aktiv şəkildə inkişaf etdiyini diqqətə çatdırıb: “Bu əməkdaşlıq gömrük infrastrukturunun gücləndirilməsi, avadanlıqların alınması və monitorinq sistemlərinin tətbiqi istiqamətlərində həyata keçirilir”(APA).




Bölməyə aid digər xəbərlər