Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
Tarix: 24-10-2025 16:36 | Bölmə: Xəbərlər
Avropa yeni raketdaşıyıcısını təqdim edib

Avropa şirkəti "ArianeGroup"un istehsalı olan və kosmik sənayedə yenilik sayılan müasir "Ariane 6" raketdaşıyıcısının daxili quruluşunu əks etdirən təsvirlər ictimaiyyətə təqdim edilib.

Reyting.az
xəbər verir ki, yeni model Avropa raketi "Ariane 6" geniş missiyalar üçün nəzərdə tutulub və ancaq iki versiyada istehsal olunacaq: ini sürətləndirici ilə "Ariane 62", həmçinin dörd sürətləndiricisi olan "Ariane 64".

"Ariane 62" 10,3 ton, "Ariane 64" isə 21,6 ton yükü Yer orbitinə çıxarmaq gücünə malikdir.

Tam yüklənmiş vəziyyətdə və hündürlüyü 60 metrdən çox olan "Ariane 6" raketdaşıyıcısının çəkisi təxminən 900 tondur. Bu da bir yarım "Airbus A380" təyyarəsinə bərabərdir.

Qeyd edək ki, yeni layihə Avropa Kosmik Agentliyi və 13 Avropa ölkəsindən yüzlərlə şirkəti təmsil edən mütəxəssislərin əməkdaşlığı, "ArianeGroup" şirkətinin podratçılığı ilə hazırlanır.




Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib