13:09 / 25-10-2025
Sabah yağış yağacaq
19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
Tarix: 25-10-2025 09:05 | Bölmə: İdman
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq

Bu gün Misli Premyer Liqasında IX turun növbəti qarşılaşmaları olacaq.

Reyting.az
xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" klubu "Sabah"-ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.

Daha sonra "Zirə" öz meydanında "Sumqayıt"-la üz-üzə gələcək. Görüş saat 18:30-da başlayacaq.

Turnir cədvəlinə görə, aktivində 15 xal olan "Araz-Naxçıvan" 3-cü pillədə qərarlaşıb və 14 xalı olan "Sabah"-ı qabaqlayır. "Zirə" isə 6-cı pillədə qərarlaşıb və "Sumqayıt"-dan 1 xal geri qalır.

16:00. "Araz-Naxçıvan" - "Sabah"

18:30. "Zirə" - "Sumqayıt".(Trend)




Bölməyə aid digər xəbərlər