19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
Tarix: 24-10-2025 17:54 | Bölmə: Xəbərlər
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov

Bir neçə gün bundan əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.

Reyting.az
-ın məlumatına görə, Abid Şərifov Manset.az-a açıqlamasında insult keçirdiyini təsdiqləyib.

“Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm”, - deyə A.Şərifov bildirib.

Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib