12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Pakistan parlamenti və Nazirlər Kabineti buraxılıb - İmran Xana qarşı plan baş tutmayıb - Yenilənib
Tarix: 03-04-2022 13:02 | Bölmə: Slayd
Pakistan parlamenti və Nazirlər Kabineti buraxılıb - İmran Xana qarşı plan baş tutmayıb
İmran Xan

Pakistan İslam Respublikasınının Prezidenti Arif Alvi Baş nazir İmran Xanın məsləhəti ilə parlamenti buraxıb.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, qərar bir neçə dəqiqə əvvəl qəbul olunub.

Xatırladaq ki, bu gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıqla bağlı iclas keçirməli idi. Lakin ölkə qanunvericiliyinə zidd olduğu üçün iclas baş tutmayıb.

***

Son məlumata görə, Pakistan parlamenti ilə yanaşı Nazirlər Kabineti də buraxılıb. Baş nazir İmran Xan isə vəzifəsini davam etdirəcək.

İnformasiya və yayım naziri Fərrux Həbib “Tvitter” səhifəsində yazıb ki, Nazirlər Kabineti buraxılsa da, ölkə konstitusiyasının 224-cü maddəsinə uyğun olaraq Baş nazir öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

P.S. Onu da qeyd edək ki, Baş nazir İmran Xan bir müddət əvvəl bildirmişdi ki, onun hökumətini devirmək planının arxasında ABŞ durur. İ. Xan bunu etimadsızlıq səsverməsindən əvvəl xalqa müraciətində demişdi.

Link: My Webpage




Bölməyə aid digər xəbərlər