12:45 / 08-08-2022
Sabah yağış yağacaq
00:11 / 08-08-2022
Bu gün Aşuradır
ÜST daha bir təhlükəli xəstəliklə bağlı iclas keçirib
Tarix: 25-06-2022 13:41 | Bölmə: Cəmiyyət
ÜST daha bir təhlükəli xəstəliklə bağlı iclas keçirib

Meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi ilk iclasını keçirib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, ÜST yaxın günlərdə virusla hesabatını açıqlayacaq.

Qeyd edək ki, Amerika Tibb Assosiasiyasının iyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 halla bağlı araşdırmasının nəticəsi JAMA jurnalında dərc olunub.

Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda qeyd edilib ki, xəstəlik kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxıb.

Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi sağlamlıq müayinələrinin də əhəmiyyəti diqqətə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:45 Sabah yağış yağacaq

{sape_links}{sape_article}