07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
Tarix: 21-10-2025 10:24 | Bölmə: Cəmiyyət
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb

"SpaceX" şirkəti 2025-ci ilin 19 oktyabrında 28 "Starlink" aparatını və "v2" mini peykini orbitə çıxarmaqla, öz vədinə əməl edib. "SpaceX" 10 000-ci "Starlink" peykini "Falcon 9" raketi vasitəsilə açıq kosmosa göndərib.

Reyting.az
xəbər verir ki, "Falcon 9" raketinin ilk mərhələsi (B1088) bu uçuşda 11-ci missiyasını yerinə yetirib və daha sonra Kaliforniyada yerləşən Vandenberq bazasından buraxılışdan 8,5 dəqiqə sonra "Of Course I Still Love You" platformasına uğurlu eniş edib.

Bu, İlon Maskın rəhbəri olduğu "SpaceX" şirkəti üçün gün ərzində ikinci "Starlink" buraxılışı olub. Eyni zamanda, Florida kosmodromundan buraxılmış digər "Falcon 9" raketi də 28 peyki orbitə daşıyıb ki, onun da ilk mərhələsi rekordla başa çatıb və 31-ci uçuşdan sonra uğurla kosmodroma qayıdıb.



"SpaceX" şirkətindən bildiriblər ki, növbəti "Starlink" buraxılışı bu ilin 22 oktyabrına planlaşdırılıb.

"SpaceX" şirkəti bu il artıq 132 "Falcon 9" buraxılışı həyata keçirib və bu, ötən ilin ümumi göstəricisinə bərabərdir.

Xatırladaq ki, "Starlink" layihəsi 2018-ci ildə "Tintin A" və "Tintin B" adlanan iki sınaq peykinin buraxılışı ilə başlayıb. Hazırda xidmət milyonlarla istifadəçiyə internet təqdim edir və 8600-dən çox aktiv peyk orbitdə fəaliyyət göstərir. "SpaceX" ümumilikdə 12 000 peyk üçün icazə alıb və gələcəkdə bu sayın 30 000-i keçməsi planlaşdırılır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq