14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Güclü külək bəzi rayonlarda fəsadlar törədib
Tarix: 25-09-2022 10:32 | Bölmə: Cəmiyyət
Güclü külək bəzi rayonlarda fəsadlar törədib

Güclü külək Azərbaycanın bəzi rayonlarında problemlərin yaranmasına səbəb olub. Reyting.az xəbər verir ki, küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un məlumatına görə, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Son məlumata görə, hazırda kənd və qəsəbələrinə elektrik enerjisinin verilişi bərpa olunub.

"Azərişıq" ASC-dən bildiriblər ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib.

Gəncə şəhər və ətraf rayonlarda da müşahidə olunan güclü külək Xaçmaz rayonunun da elektrik enerjisinə ziyan vurub.

"Azərişıq" ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}