Basketbolçunun cangüdəni məşhur müğənniyə hücum edib
Tarix: 07-07-2023 12:49 | Bölmə: Şou-biznes
Basketbolçunun cangüdəni məşhur müğənniyə hücum edib

Las-Veqasda məşhur fransız basketbolçu Viktor Vembanyanın cangüdəni məşhur müğənni Britni Spirsə hücum edib.

Reyting.az
-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə axşam saat 20 radələrində “ARIA” otelində yerləşən “Catch” restoranında baş verib.

İfaçı həyat yoldaşı Sem Asqari və daha iki nəfərlə birlikdə restorana şam yeməyinə gəlib. O, sevdiyi oyunçunu məkanda görəndə diqqəti cəlb etmək üçün çiyninə toxunaraq şəkil çəkdirə biləcəklərini soruşmaq üçün ona yaxınlaşıb. Lakin idmançının mühafizəçisi Britninin üzünə əlinin arxası ilə zərbə endirib. Sillə o qədər güclü olub ki, müğənni ayaq üstə dayana bilməyib.

Aktrisa özünü toparlayaraq masasına keçib. Bir neçə dəqiqə sonra mühafizəçi “Qremmi” qalibini tanımadığına görə üzr istəyib.

Britninin mühafizə qrupu Viktorun mühafizəçisi ilə bir müddət vaxt keçirib və sonra onun komandası Metropoliten Polis Departamentinə hadisə ilə bağlı şikayət edib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bir müddət əvvəl amerikalı müğənni Britni Spirsin keçmiş əri - Kevin Federlayn ulduzun yenidən narkotik aludəçisi olduğunu bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}