17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Litva Belarusla sərhədi bağlayıb
Tarix: 29-10-2025 18:52 | Bölmə: Dünya
Litva Belarusla sərhədi bağlayıb

Litva hökuməti Belarusdan hava şarları vasitəsilə qaçaqmalçılıq hallarının artması səbəbindən Belarusla açıq olan son iki sərhəd-keçid məntəqəsini bir ay müddətinə bağlamaq qərarına gəlib.

Reyting.az
xəbər verir ki, Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə, hökumət Medininkai və Salçininkai sərhəd-keçid məntəqələrini 30 noyabra qədər bağlayıb. Zərurət yaranacağı təqdirdə, bu müddətin uzadılması da mümkündür.

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, bəzi hallarda Medininkai sərhəd-keçid məntəqəsində keçidlərə icazə veriləcək. Nazir qeyd edib ki, bu keçid yalnız diplomatlar, Rusiyanın Kalininqrad vilayətinə tranzitlə gedən vətəndaşlar, Litvaya qayıdan litvalılar, eləcə də Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları, onların ailə üzvləri və Litvada yaşayış icazəsi olan şəxslər üçün açıq olacaq.

Kondratoviç əlavə edib ki, sərhəd xidmətinin qərarına əsasən, humanitar hallarda Medininkai sərhəd-keçid məntəqəsindən istifadəyə icazə veriləcək.

“Bu dəyişikliklər qonşumuza aydın mesaj göndərməlidir. Çünki gördüyümüz kimi, qonşu tərəf problemi həll etmək üçün heç bir səy göstərmir və dost davranış nümayiş etdirmir. Onların passivliyi bu fəaliyyətlərdə faktiki olaraq iştirak etdiklərini göstərir”,- deyə nazir vurğulayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər