Aktyor özünü asdı - Səbəb
Tarix: 11-10-2018 18:21 | Bölmə: Şou-biznes
Aktyor özünü asdı

Pedofillikdə şübhəli bilinərək oktyabrın əvvəlindən Moskvadakı istintaq təcridxanalarından birində saxlanılan aktyor Mixail Fateev intihar edib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, hadisənin təfərrüatı hələ ki məlum deyil.

Onun yerli vaxtla saat 16:30-da kamerada huşsuz vəziyyətdə aşkar olunduğu bildirilir. Fateevin son günlər dəfələrlə guya özünü öldürəcəyi haqda danışdığı da iddia edilir. Fateevin kamera yoldaşı deyib ki, hər şey onun yatdığı vaxt baş verib.

O, metroda tanış olduğu 14 yaşlı yeniyetməni yoldan çıxartmaqda şübhəli bilinirdi.

44 yaşlı Mixail Fateev “Türk marşı”, “Zabitlər”, “Çempion”, “Metro” və digər seriallardakı rolları ilə tanınırdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}