Avroviziya təmsilçimizin qələbəsinə inam böyükdür
Tarix: 19-10-2018 23:12 | Bölmə: Şou-biznes
Avroviziya təmsilçimizin qələbəsinə inam böyükdür

Azərbaycanı "Uşaq Avroviziya-2018” yarışmasında təmsil edəcək Fidan Hüseynovanın "Sənin kimi olmaq" - "I wonna be like you" mahnısının klipi artıq müsabiqənın rəsmi "Youtube" səhifəsində yayımlanıb.


Qeyd edək ki, çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanan bu mahnının klipinın bəzi kadrları Azərbaycan Dövlət Musiqili Teatrında çəkilib.

Avroviziya təmsilçimizin qələbəsinə inam böyükdür

Reyting.az-a verilən məlumata görə, teatrın direktoru Əliqismət Lalayev noyabrın 25-də Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018” yarışmasında 20 ölkə arasında Azərbaycanı təmsil edəcək balaca iştirakçıya uğurlar arzulayıb: “Mən inanıram ki, Fidan bu yarışmada Azərbaycanın üç rəngli bayrağını zirvələrə ucaldacaq. Teatrda çəkilişlər zamanı onu gördüm. Çox istedadlı, şirin-şəkər baladır. Çəkiliş zamanı onu kənardan seyr edirdim – sərbəstdir, inadkardır”.

Ə. Lalayev ümid edir ki, Fidan ifa etdiyi mahnının sözlərində bəhs olunan xəyali qəhrəmanına qovuşacaq, balaca çıyinlərinə götürdüyü böyük məsuliyyətin öhdəsindən asanlıqla gələcək, məqsədinə çatacaq və xalqımızı sevindirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}