Mehmet Əli Ərbilin vəziyyəti yenidən pisləşdi
Tarix: 28-10-2018 16:40 | Bölmə: Şou-biznes
Mehmet Əli Ərbilin vəziyyəti yenidən pisləşdi

Təxminən bir həftədir xəstəxanada intensiv nəzarət altında olan Mehmet Əli Ərbilin vəziyyəti yenidən pisləşib.

Reyting.az Türkiyə mediasına istinadən xəbər verir ki, evinin hamamında yıxılaraq yaralanan Mehmet Əli Ərbil, təcili xəstəxanaya qaldırılmış, aparılan müalicələrdən sonra intensiv nəzarətə alınmışdı.

Uzun sürən müalicə prosesinin ardından dünən Ərbildən yaxşı xəbər gəlmişdi.

Amma məşhur şoumenin halı bu gün yenidən pisləşib. Qanaxma keçirən Ərbil, təcili əməliyyata olunub.

Atasının sağlamlıq vəziyyətini sosial mediadan çatdıran Sezin Ərbil, sevənlərindən dua istəyib. Ərbil “Canım atam, hər şeyim, geniş kontekstdə yenidən dualarınıza ehtiyacımız var”,-mesajını bölüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}