14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ebru Gündeş Nyu-Yorkda yaşayacaq - Fotolar
Tarix: 02-12-2018 15:52 | Bölmə: Şou-biznes
Ebru Gündeş Nyu-Yorkda yaşayacaq

Ebru Gündeşin 2010-ci ildə evləndiyi, 7 yaşlı qızı Alaranın atası Rza Zərrab 2016-cı ilin mar ayında Amerikada həbs olunub və günahkar olduğunu etiraf edib.

Reyting.az Türkiyə mediasına istinadla bildirir ki, Ebru Gündeş qızı ilə 2018-ci ilin sentyabr ayında həyat yoldaşının yanına Nyu-Yorka gedib.

Ebru Gündeş Nyu-Yorkda yaşayacaq

Məlumata görə, Manhettendə Four Seasonsta görüşən Ebru Gündeş və Rza Zərrab bir qərara gəliblər.

Ebru Gündeş ilə Alara, ilin bir hissəsini Nyu-Yorkda keçirəcək.

Ebru Gündeş Nyu-Yorkda yaşayacaq

Ebru Gündeşin yaxınlarına “Alara ilə atasının bir-birindən ayrı olmasını istəmirəm. Qızımız artıq xaricdə oxuyacaq. Amma ölkəmlə əlaqəmi əlbəttə, ayırmayacağam”,- dediyi öyrənilib.

Ebru Gündeş Nyu-Yorkda yaşayacaq

Ebru Gündeş İstanbul-Kanlıcadaki evlərini bağlamayacaq. Səhnə proqramları və konsertləri üçün bir ayağı Türkiyədə olacaq.

Ebru Gündeş, keçən il də Dubayda bir il müddətinə ev icarəyə götürmüş, lakin getməmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}