Populyar musiqi qrupunun yeni albomu hazırdır
Tarix: 14-06-2024 08:35 | Bölmə: Şou-biznes
Populyar musiqi qrupunun yeni albomu hazırdır

Minskin populyar musiqi qrupu “Molchat Doma”nın yeni albomu hazırdır.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə yeni sinql-kilipin rejissoru Brayan Ferqyuson danışıb.

Onun sözlərinə görə, yeni mahnı “həqiqət kimi hiss olunan və ona nüfuz edən yuxu haqqındadır”.

“Dream” videoklipi qrupun sentyabrın 6-da Amerikanın “Sacred Bones” leyblində çıxacaq “White Stripe” albomuna daxil ediləcək.

Klip Şotlandiyada lentə alınıb. “Molchat Doma” üzvləri kompozisiyanın “narahatlıq, məyusluq, əzab və qorxu” ilə dolu olduğunu qeyd ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər