20:38 / 26-08-2025
Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb
18:31 / 26-08-2025
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
18:19 / 26-08-2025
Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
18:18 / 26-08-2025
Sabunçuda süni göldə uşaq batıb
17:57 / 26-08-2025
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
17:53 / 26-08-2025
Aİ ölkələri ərazi baxımından müqayisə olunub - Siyahı
17:34 / 26-08-2025
Təhsil krediti ilə bağlı yeni qərar qəbul olunub
17:24 / 26-08-2025
Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edirlər
17:00 / 26-08-2025
Ramiz Rövşənin səhhətində problem yaranıb
16:56 / 26-08-2025
"Formula 1": bəzi məktəblərdə iki gün dərs olmayacaq
16:45 / 26-08-2025
39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilib
16:44 / 26-08-2025
Nazirlər Kabinetinin xüsusi iclası keçirilib - (Yenilənib)
16:29 / 26-08-2025
Azərbaycan və ABŞ Çərçivə Sazişi imzalaya bilər
16:02 / 26-08-2025
Tibb müəssisələrinə direktorlar təyin olunub
15:57 / 26-08-2025
Nazir: "Ermənistan konstitusiyasında dəyişikliyi gözləyirik"
15:50 / 26-08-2025
Baş nazirin müavini: "Kommunikasiyaların açılması regionda tarixi fürsətdir"
15:42 / 26-08-2025
Ceyhun Bayramov: "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
15:30 / 26-08-2025
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib"
15:01 / 26-08-2025
Eldar Əzizov müşavirə keçirib, tapşırıqlar verib
14:43 / 26-08-2025
Cəlaloğlu: Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir
14:22 / 26-08-2025
Xocavənd və Ağdərədə yanğın... - Aviasiya qüvvələri cəlb olunub - (Video)
14:19 / 26-08-2025
Milyarderlərin savaşı: Mask “Apple” və “OpenAI”ı ittiham edir
14:06 / 26-08-2025
Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"
14:04 / 26-08-2025
Quranı yandıran siyasətçi müsəlmanları hədələyir - Video
13:58 / 26-08-2025
Rusiyanın 14 sərnişin təyyarəsində problem yaranıb
13:28 / 26-08-2025
Xersonda vəziyyət yenidən gərginləşir
12:59 / 26-08-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər - Foto
12:33 / 26-08-2025
Qum fırtınası ABŞ-ı fəlakətə sürükləyir
12:25 / 26-08-2025
NATO-Türkiyə müzakirələrini ehtiva edən sənəd hava limanında unudulub
12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
21:19 / 21-08-2025

15:41 / 25-08-2025

09:37 / 22-08-2025

19:38 / 22-08-2025

14:50 / 22-08-2025

13:04 / 22-08-2025

18:02 / 23-08-2025

20:41 / 21-08-2025

00:05 / 23-08-2025

14:45 / 22-08-2025

14:42 / 22-08-2025

08:39 / 22-08-2025

Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Tarix: 26-08-2025 18:19 | Bölmə: Slayd

2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 57236 nəfər (o cümlədən 6461 subbakalavr) qəbul olunub.
Reyting.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin avqustun 22-də ali təhsil müəssisələrinə yerləşdirmələrin nəticələri əsasında bəlli olub.
27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27 fai dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.
Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100 faizdir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.
II ixtisas qrupu üzrə də 98.12 faiz olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.
I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.
Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 faiz, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90 faizdən çox dolub.
Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6461-dir və ötənilki göstəricidən 826 nəfər daha azdır. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 47.75 faizinin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 42.04 faizinin subbakalavr olduğunu görərik.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb.
II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız “Садоводство и овощеводство”).
V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:19
Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Bu gün, 12:59
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər - Foto
Bu gün, 11:13
Zəngəzur dəhlizi Türkiyəyə effektiv yol açır
Bu gün, 01:04
Bu gün Laçın Şəhəri Günüdür
Dünən, 17:14
Qəzzada 300 nəfər acından ölüb - 117-si uşaqdır
Dünən, 16:46
ABŞ Rusiya təyyarələrini ələ keçirib
Dünən, 15:29
Putin Trampı aldadır
Dünən, 11:32
NATO dağıla bilər
Dünən, 10:51
Ermənistan ordudan imtina edir?
23-08-2025, 16:27
Bayramovla Lavrov arasında telefon danışığı olub
22-08-2025, 14:42
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir
22-08-2025, 13:04
Hərbi ekspert: Problemimiz müttəfiqlərimiz Türkiyə və İsrail arasındakı gərginlikdir
22-08-2025, 11:14
ABŞ İrana yeni sanksiya tətbiq edib
21-08-2025, 18:23
Trampın Rusiya-Ukrayna siyasəti iflasa uğrayacaq - Professor
21-08-2025, 14:49
Zərərçəkən ermənilərin məhkəməsində: "Girovluqda ərimin başını kəsdilər"
21-08-2025, 10:38
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur
21-08-2025, 09:27
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
21-08-2025, 08:08
Sentyabrda Ay, Günəş və Venera tutulacaq
20-08-2025, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
20-08-2025, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
20-08-2025, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
20-08-2025, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
20-08-2025, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
19-08-2025, 16:05
İsazadə: Atəşkəs üçün yeganə şans Putin-Zelenski görüşü ola bilər
19-08-2025, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
19-08-2025, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
19-08-2025, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
19-08-2025, 12:09
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir
19-08-2025, 11:07
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
19-08-2025, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
19-08-2025, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?
18-08-2025, 10:41
Putin daha çox ərazi istəyir - Foto
18-08-2025, 08:18
Tramp ölkə başçılarını Ağ evə toplayır
18-08-2025, 07:53
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
18-08-2025, 07:47
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır
16-08-2025, 18:21
Müğənni Rəqsanə həbs edilib - 520 min dollarlıq ittiham
16-08-2025, 12:48
Üç hərbçiyə ali rütbə verilib
16-08-2025, 12:40
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
15-08-2025, 19:12
Aya astronavt göndərəcəklər - Foto
15-08-2025, 12:11
Sabiq səfirlərdən çağırış: ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir
15-08-2025, 09:05
Turistlərə gözlənilməz qadağalar tətbiq olunub - Siyahı