Bakı və Sumqayıtda zəlzələ olub (Yenilənib)
Tarix: 27-08-2025 01:01 | Bölmə: Xəbərlər
Bakı və Sumqayıtda zəlzələ olub (Yenilənib)

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ olub.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.

Screenshot_1.png (74 KB)

***

Reyting.az
xəbər verir ki, Mahaçqalada 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Bakıda və Sumqayıtda da hiss olunub.

Qeyd olunur ki, Zəlzələ Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistanda hiss olunub.




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub