12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
Tibb müəssisələrinə direktorlar təyin olunub
Tarix: 26-08-2025 16:02 | Bölmə: Xəbərlər
Tibb müəssisələrinə direktorlar təyin olunub

Bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Reying.az
TƏBİB-ə istinadla xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru O.Əmənullayev ixtisasca terapevtdir, yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov ixtisasca pediatrdır və yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.

Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub