14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlin dünya gözəli: Meksikalı qızla bağlı maraqlı faktlar
Tarix: 08-12-2018 19:25 | Bölmə: Şou-biznes
İlin dünya gözəli: Meksikalı qızla bağlı maraqlı faktlar

Çində başa çatan “Dünya gözəli 2018” beynəlxalq müsabiqədə 118 ölkəni təmsil edən qızlar iştirak edib.

Reyting.az bildirir ki, finala çıxan 5 nəfər Belarus, Uqanda, Yamayka, Meksika və Tailandı təmsil edib.

Müsabiqənin qalibi və əsas tacın sahibi Meksikadan olan 26 yaşlı Vanessa Ponse de Leon olub.

İlin dünya gözəli: Meksikalı qızla bağlı maraqlı faktlar

Qız haqqında maraqlı faktlar bunlardır:

* Vaness Ponse de Leon 1992-ci il martın 7-də Meksikanın Quanaxyato şəhərində anadan olub, lakin paytaxt Mexiko da böyüyüb.

* Maraqlıdır ki, o, 2014-cü ildə Meksikasayağı keçirilən Top-model şousunun beşinci mövsümündə iştirak edib və qalib gəlib. Bu ilin may ayında de Leon “Miss Meksika 2018” müsabiqəsinin qalibi titulunu qazanıb.

* O, model kayrerasından başqa xeyriyyəçilik və könüllülə məşğul olur. “Nenemi” adlanan məktəbdə işləyir, burada uşaqlara yerli tayfaların mədəniyyətlərarası qaydalarından dərs deyir.

İlin dünya gözəli: Meksikalı qızla bağlı maraqlı faktlar

* Vanessa Quanaxuato Universitetində beynəlxalq ticarət üzrə dərəcə alıb. O, eyni zamanda qızlar üçün reabilitasiya mərkəzinin direktorlar şurasının üzvüdür.

* Qız Migrantes en el Camino.adı altında təşkilatda könüllü işləyir.

* Hobbisi – voleybol oynamaq və zaman-zaman təbiət lövhələri çəkməkdir.

* Vanessanın eyni zamanda insan haqları” sahəsində “Hüquq” istisası üzrə diplomu da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}