Tanınmış müğənnilərin ailə ittifaqı dağılıb
Tarix: 27-06-2024 07:51 | Bölmə: Şou-biznes
Tanınmış müğənnilərin ailə ittifaqı dağılıb

Tanınmış opera müğənnisi Anna Netrebko və azərbaycanlı ifaçı Yusif Eyvazov boşandıqlarını açıqlayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Austria Presse-Agentur” cütlüyün rəsmi şərhinə istinadla məlumat yayıb.

Bildirilir ki, boşanma tanınmış opera müğənnilərinin ortaq qərarıdır: “Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra ayrılmaq barədə çətin qərar verdik”.

Müğənnilər yaxın dost olaraq qaldıqlarını da bəyan ediblər.

Məşhur cütlük ayrılmanın səbəbini açıqlamayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}