15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Polis rəisi ilə müğənninin borc qalmaqalı Ali Məhkəmədə araşdırılacaq
Tarix: 12-12-2018 15:11 | Bölmə: Şou-biznes
Polis rəisi ilə müğənninin borc qalmaqalı Ali Məhkəmədə araşdırılacaq

Qaradağ rayon Polis İdarəsinin rəisi Əli İbrahimov müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır.

Məlumata görə, polis rəisi müğənnini məhkəməyə verərək onun Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

Reyting.az
open.az-a istinadən bildirir ki, işə Nəsimi rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılıb və Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

Polis rəisi ilə müğənninin borc qalmaqalı Ali Məhkəmədə araşdırılacaq

Bununla da razılaşmayan müğənni yuxarı məhkəmə istansiyasına müraciət edib.

Məlumata görə, onun şikayəti icraata götürülüb.

Məlumatda qeyd olunur ki, R. İsmayılova bir-neçə il əvvəl İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.

Müğənni pulu qaytara bilmədiyindən polis rəsini onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

R. İsmayılova isə iddia edir ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların məzənnəsinin qalxması ilə əlaqələndirib. Hazırda Ə. İbrahimov R. İsmayılovadan 450 min manat pul tələb edir.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər