15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Könül Kərimovanın pulunu mənimsəyən qadına hökm oxundu
Tarix: 17-12-2018 14:40 | Bölmə: Şou-biznes
Könül Kərimovanın pulunu mənimsəyən qadına hökm oxundu

Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az bildirir ki, məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Məlahət Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə zərərçəkmişlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, Məlahət Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. O, bu işə görə Könül Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər