Cadugərlər müğənni Mətanət Əsədovanı qorxudur
Tarix: 04-01-2019 23:47 | Bölmə: Şou-biznes
Cadugərlər müğənni Mətanət Əsədovanı qorxudur

Müğənni Mətanət Əsədova aşiq olduğunu etiraf edib. O bu haqda "5/5" verilişində danışıb. Müğənni həyatında biri olduğunu deyib.

Mətanət aparıcı Zaur Kamalın "Sən maral olardın, mən də ovçu, səni ovlayardım" sözlərinə belə cavab verib:

"Zaur, sən gecikdin, məni artıq ovlayıblar. Elə bir ovçu çıxdı ki... Efiri sevmir, heç vaxt görünməyəcək. Yeni mahnımı da ona həsr etmişəm. Hər şeyini yarımçıq qoyub mən olan efirə baxır ki, “Ürəyi” nə edir.

Həyatıma gəldi, gözlənilməz eşq oldu. Toyu yəqin mən edəcəyəm. Özüm üçün toy edəcəyəm. Bir dəfə gəlinlik geyindim, 5 ay yaşadıq. İnşallah, bununla ömürlük olsun. Biz ikimiz də doyulmaz dadıq. Onun adını çəkməkdən qorxuram. Gedib cadu edərlər. Bu şou-biznesdə o qədər cadu edənlər var ki...".

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər