16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ebru Gündəş və Sılanın adından dələduzluq edənin məhkəməsi başlayıb
Tarix: 18-01-2019 23:26 | Bölmə: Şou-biznes
Ebru Gündəş və Sılanın adından dələduzluq edənin məhkəməsi başlayıb

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Tural Vəlizadə özünü təqsirli bilmədiyini və pulu iş adamlarından borc aldığını söyləyib.

Zərərçəkən Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb. O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Əli Vəliyev iş adamı Rövşən Hacıyevin işçisi olub, Tural Vəlizadəni də onunla o tanış edib: "Rövşən müəllimə türkiyəli müğənnilər - Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin".

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, Tural Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib.

Zərərçəkənlərin şikayətləri əsasında saxlanılan Tural Vəlizadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Tural Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edir.(Open.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}