17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əməkdar artistin əmlakını mənimsəyiblər - Həbs
Tarix: 23-01-2019 21:19 | Bölmə: Şou-biznes
Əməkdar artistin əmlakını mənimsəyiblər

Əməkdar artist Abbas Bağırovun köməkçisi işləmiş Orxan Bayram oğlu Mehrəliyev həbs edilib.

O. Mehrəliyev dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.

Belə ki, O. Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A. Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.(Oxu.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}